reklam
USD
5 ℃
EUR
BAKI

Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirdi - Prezidentə MÜRACİƏT

CANLI TV / 20.09.2020 14:34
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirdi - Prezidentə MÜRACİƏT



 Bakı şəhər sakini, 72 yaşlı Gülarə Qara qızı Xudiyeva bildirir ki,  "Muğanbank”a depozit kimi qoyduğu 10 min manat bank işçiləri tərəfindən mənimsənilib.

Sfera.az xəbər verir ki, Xudiyeva bank tərəfindən aldadıldığını, lakin bunu sübut etmək üçün aylardır əziyyət çəkdiyini bildirib. Şikayətçinin sözlərinə görə,  "Muğanbank”ın şöbələrindən birində  çalışan qardaşı oğlunun təkidi ilə ötən ilin yanvarın 4-də bankın baş ofisinə gedərək 10 min manat depozit qoyub. Bu ilin yanvarında isə banka müraciət edəndə pulunu geri ala bilməyib.

Qadının danışdıqlarından: "Bundan əvvəl də həmin banka 15 min manat depozit qoymuşam. Ötən ilin yanvarın 4-də qardaşım oğlu öz maşını ilə məni bankın baş ofisinə apardı. Orada məni onun tanıdığı  əməliyyatçılardan biri  qarşıladı və biz banka 10 min manat depozit  qoyulmasına dair müqavilə imzaladıq. Kassaya 10 min manat ödədim və qəbz  verdilər. Həmin vaxtdan bir neçə ay keçəndən sonra sənədlərə təkrar göz gəzdirəndə 10 min manat depozitin əmanət kitabçasında qeyd edilmədiyini bildim”,-G.Xudiyeva deyib.

Şikayətçinin sözlərinə görə, bu barədə qardaşı oğluna məlumat verib. O isə öz növbəsində müqavilə və qəbz olduğundan narahat olmamağı tövsiyə edib. Ancaq bu ilin yanvarında banka müraciət edəndə aldadıldığını başa düşüb.
 
G.Xudiyeva deyir:  "Əvvəlcə bir neçə sənəd gətirdilər və dedilər ki, pulu kassaya ödəyəndən cəmi 4 dəqiqə sonra geri götürmüşəm. Bunun mümkün olmadığını bildirdim və kamera görüntüləri tələb etdim. Mübahisə düşdü, baş ofisin rəhbəri ilə görüşdüm. O da dedi ki, sənədlərə əsasən pulu 48-ci dəqiqədə qoymusam, 52-ci dəqiqədə geri götürmüsəm. Bu versiya ağlabatan olmadığından sonradan müqavilənin guya  2016-cı ildə qoyduğum depozitin uzadılması məqsədilə təkrar bağlanıldığını dedilər.  Onu da bildirdilər  ki, bankdakı kamera görüntüləri ən uzağı 2-3 ay saxlanılırmış, buna görə də görüntülər, yaxud səs yazısı yoxdur. Nəticədə aylardır banka ötən ilin yanvarında 10 min manat verdiyimi sübut edə bilmirəm”.

Xudiyeva bildirib ki, uzun illər nazirliklərdən birində baş mütəxəssis, şöbə müdiri kimi çalışıb, əmək veteranıdır. İki övladı var, onlar hazırda Rusiyada yaşayırlar: "Dövlət qulluqçusu kimi 1200 manatdan çox təqaüd alıram, övladlarım da maddi köməklik edirlər. Yəni mənə 10 min manatın mənimsənilməsindən daha çox aldadılmaq təsir edir. Bu vəsaiti uşaq evlərindən birinə köçürmək istəyirəm. Sadəcə, məsələnin düzgün araşdırılmasını tələb edirəm. Bu yaşımda aidiyyatı orqanlar arasında qalmışam, qalaq-qalaq məktublarım var. Hamı da deyir ki, sizə inanırıq, amma sənədlər elə tərtib edilib ki, banka heç nəyi  sübut edə bilmirik. Qardaşım oğlu da fərqli izahatlar verib. Şəkər və təzyiq xəstəsiyəm, mənəvi sarsıntıdan sağlamlığımı itirmişəm.  Dəfələrlə müraciət etsəm də, bankın sədri məni qəbul edib, dinləmək istəmir. Bankın əsil sahibinin yanına getməyi məsləhət görürlər, amma onun da öz yaxın qohumunu qoyub mənə inanacağna ümidim yoxdur. Elə bir məngənəyə düşmüşəm ki, bilmirəm nə edim.  Qoy onlar kamera görüntüsü, yaxud pulu yatırandan bir neçə dəqiqə sonra  çıxardığımı sübut edən sənədi təqdim etsinlər”.

Şikayətçi Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələnin araşdırılmasının nəzarətə götürülməsini xahiş edib.

 "Muğanbank”dan isə sualları yazılı formada göndərməyi, yalnız o halda cavablandırıla biləcəklərini deyiblər. Redaksiya sualları bir neçə gün əvvəl göndərib, amma cavab ala bilməyib...

Qeyd edək ki, MuğanBank keçmiş deputat, Odlar Yurdu Universitetinin sahibi Əhməd Vəliyevə məxsusdur.

"carciTV"


Oxunub: 355






SON XƏBƏRLƏR

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image

13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Product image

13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Product image

12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim