reklam
USD
9 ℃
EUR
BAKI

“Bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı ortaya qoydu” - Aqil Acalov

MÜSAHİBƏ / 23.09.2020 01:31
"Bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı ortaya qoydu”


"Bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı və yumruq kimi sıx birləşməyə hər an hazır olduğumuzu bir daha göz önünə qoydu” – Aqil Acalov

Bu sözləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Karapapak Fight Club & Promotionun prezidenti,gənc ictimai xadim Aqil Acalov  "Yeni Gündəm”-ə açıqlamasında bildirib. Əhatəli şəkildə onun fikirlərini təqdim edirik:
Bildiyimiz kimi son dövrlər bir sıra çətin dönəmlərdən keçməkdəyik. İstər bütün dünyanı sarsmış pandemiya olsun, istərsə cəbhədə mənfur düşmənin atəşkəsi pozması halları olsun… Ancaq bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı və yumruq kimi sıx birləşməyə hər an hazır olduğumuzu bir daha göz önünə qoydu.
Pandemiyanın iqtisadi, sosial, psixoloji gərginliklər yaratdığı zamanda bizləri "Biz birlikdə güclüyük!” şüarı altında birləşdirən ölkə başçısı İlham Əliyev və onun ən yaxın silahdaşı olan birinci vitse prezident Mehriban Əliyevanın hər zaman olduğu kimi bu dəfə də zamanında ünvanlanan çağırışları və qəbul olunmuş qərarları öz səmərəsini göstərmiş, zaman-zaman müsbət dinamikanın müşahidə olunmasına gətirib çıxarmışdır. Beləki bu dövr ərzində iqtisadi stabilliyə və dolayısı ilə əhalinin sosial rifahına mənfi təsir edəcək halların qarşısının alınması üçün bütün təşəbbüslərin səfərbər olunması yolunda mümkün addımlar atılmış, həmçinin biznesə və əhaliyə dəstəyin təmin olunması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası adına Ümumdünya Səhiyyə Təşkilatına könüllü yardımlar ayrılması dünyanı cənginə almış pandemiya dönəmində dövlətimiz tərəfindən beynəlxalq həmrəyliyə qatqı olmuşdur.
Bütün bəşəriyyətin gözə görünməz düşmən – Covid-19 və onun törətməkdə olduğu və ya törədə biləcəyi fəsadlarla mübarizə apardığı bu gərgin vəziyyətdə belə mənfur ermənilər Tovuz bölgəsində atəşkəsi pozmaqla öz məkrliliyini bir daha nümayiş etdirmiş oldu. Nəticə etibarilə illərdir daim inkişafda olan keyfiyyətli ordu quruculuğu işlərinin, islahatların aparılması nəticəsində öz gücünü ildən ilə daha da artıran və bugün qüvvətinə zərrə qədər şübhə duymadığımız güclü Azərbaycan ordusu tərəfindən düşmən itkilər verərək geri çəkilmişdir. Biz isə bu halda xalq olaraq birliyimizi nümayiş etdirərək Ali Baş Komandanın bir əmri ilə onun "irəli” göstərişinə hazır olduğumuzu bildirdik.
Ümumilikdə son zamanlar düşmən tərəfin atəşkəsi pozması ilə cəbhədə dəfələrlə gərginliklər yaranmışdır. Lakin biz dövlət başçısının yüksək siyasi mövqeyinə və onun uğurlu islahatlarıının nəticəsi olaraq tam gücü ilə formalaşmış ordumuzun qüvvəsinə inanaraq bundan sonra da bütün gərginlikləri geridə qoya biləcəyimizə əminlik duyur, yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik.
Cənab prezident İlham Əliyevin dediyi kimi "Biz birlikdə güclüyük!”.


Oxunub: 460






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim