reklam
USD
15 ℃
EUR
BAKI

Hərbi təlimlərə gedənlərlə bağlı VACİB TƏKLİF

RƏSMİ / 26.09.2020 01:00
Hərbi təlimlərə gedənlərlə bağlı VACİB TƏKLİF



 "Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir”.

"carciTV" bildirir ki, bu sözləri lent.az -a toplanışa çağırılanların iş yeri problemindən danışan "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, son zamanlar sosial şəbəkələrdə təlimdə olanların iş yerləri ilə bağlı çoxlu suallar yaranıb: "Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan hərbi qulluqçuların toplanışı çox böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi odur ki, onlar müasir texnikalarla yaxından tanış olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər ölkələrdə belə toplanışlar keçirilir. Ölkəmizdə əvvəllər də hərbi toplanışlar keçirilib. Bu, gələcəkdə də davam edəcək. Ancaq sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar. Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da, bu məsələlər öz yerini tapar. Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə təşəkkür edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib”. E.Həsənlinin sözlərinə görə, bölgələrdə hər gün onlarla insan təlimlərə getmək üçün müraciət edir: "Baş redaktorlar, hərbi ekspertlər və digər ictimaiyyət nümayəndələri Səfərbərlik Xidmətinin fəaliyyətini çox yüksək qiymətləndirir. Qurum yarandığı gündən həm çağırış sistemində şəffaflıq gerçəkləşdi, həm də ehtiyatda olan qulluqçuların qeydiyyatı aparıldı. Hərbi qulluqçular hərbi ixtisaslar üzrə müəyyənləşdirildi. Məhz toplanışlar da həmin ehtiyatda olan hərbi qulluqçuların ixtisaslara bölünməsi nəticəsində asanlaşdı. Ehtiyatda olanların yaşadıqları, getdikləri yerlər, iş yerləri, hətta cib telefonlarına qədər hər şey öyrənilir. Bunun üçün xidmətin rayonlar üzrə şöbələrində bununla məşğul olan zabit və gizirlər var. Toplanışların və çağırışların həyata keçirilməsində ən böyük amil xalqımızın vətənpərvərliyidir. Buna görə də, gənclərimiz qısa bir müddətdə səfərbər oldular. Hətta Səfərbərlik Xidmətinin bölgələrdəki şöbələrinə hər gün onlarla, yüzlərlə müraciət olur ki, bizi niyə bu təlimlərə aparmırlar. Bir daha qeyd edim ki, müxtəlif ixtisasda olan hərbi qulluqçular bu prosesə cəlb olunur. Təlimə çağırılanlardan bəziləri deyir ki, ailələrimiz məlumatlandırılmayıb. Bütün təlimə çağırılanlara ailələri ilə əlaqə saxlamaq üçün şərait yaradılır. İctimai birlik olaraq, daim toplanışda olanlarla yaxından əlaqə saxlayırıq və görürük ki, onlarda böyük ruh yüksəkliyi var. Hərbi təşkilat olaraq, daim bu prosesləri izləyəcəyik. Dövlət və bayraq elə mövzudur ki, hər kəs bu barədə əlindən gələni etməlidir”.


Oxunub: 516






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim