reklam
USD
2 ℃
EUR
BAKI

Evində amansızlıqla qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş

CANLI TV / 26.09.2020 23:59
Evində amansızlıqla qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş


Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T.Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.

İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.

Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib.


Oxunub: 848






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim