reklam
USD
9 ℃
EUR
BAKI

Deputat Ramil Həsən: "Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq"

MÜSAHİBƏ / 27.09.2020 00:20
Deputat Ramil Həsən: "Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq"



Milli Məclisdə sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması ilə bağlı təkliflər edilir. Qeyd edək ki, bu model artıq dünyanın bir neçə ölkəsində tədbiq edilməkdədir. Azərbaycanda da sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə ola bilərmi?

Bununla bağlı deputat Ramil Həsən bildirib ki, bu, gündəmdə olan önəmli mövzulardan biridir: "Azərbaycanın hazırda ciddi sınaqlardan keçdiyi, cənab Prezidentin rəhbərliyi altında ərazi bütövlüyümüzün təmin olunması və işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində addımların atıldığı bir zamanda sosial şəbəkələr mühüm rol oynamaqdadır. Hər birimiz gözəl bilirik ki, əvvəlki dövrlərdən fərqli olaraq sosial şəbəkələr insan həyatına təsir etməkdə və informasiyaların sürətlə çatdırılmasında xüsusi rol oynayır.

Bütün bunları nəzərə alaraq müasir texnologiyaların imkanlarından istifadə edərək fikirlərimizi bölüşür və çatdırırıq. Amma təəssüf ki, bəzi insanlar nəyinki Azərbaycanda digər ölkələrdə də sosial şəbəkələrin imkanlarından suistifadə edirlər. Əlbəttə bu fəsadlar törətməklə qalmır, eyni zamanda insanların şəxsi həyatına müdaxilə edərək olduğu kimi deyil də istədikləri kimi ictimaiyyətə təqdim edirlər. Azərbaycanda bundan yan keçmir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda yüz minlərlə sosial şəbəkə istifadəçisi var: "Təəssüf ki, ölkə daxilində və xaricində ölkəmizin maraqlarına zidd məlumatlar paylaşılır. Bu da təbii ki, ciddi narazılığa səbəb olur. Milli Məclisdə də bununla məsələlər müzakirə olunub. Almaniyada, Türkiyədə bir şəxs haqqında hər hansı bir fikir ifadə edirsinizsə, əlində yetərli dəlil olmalı, şəxsi həyata müdaxilə olmamalı və dövlətin, xalqın maraqlarına zidd heç nə paylaşılmamalıdır.

Əlbəttə, belə bir proseslərdə qanun öz sözünü deyir. Çünki biz hər birimiz qanunun aliliyini rəhbər tutmalıyıq. Şəxsiyyət vəsiqələri ilə sosial şəbəkələrə giriş və nəyinsə paylaşılması saxta profillərin ortadan qaldırılmasına kömək edəcək. Bundan əlavə, insanların hüquq və azadlıqlarının qanun çərçivəsində təmin edilməsinə böyük töhfə vermiş olar. Almaniyada kiminləsə bağlı nəyisə paylaşmaq istəyirsinizsə, mütləq şəxsiyyət vəsiqəsinin kodunu daxil etməlisiniz. Bilməlisiniz ki, o məlumatla bağlı bütün məsuliyyəti öz boynuna götürür. Əgər şəxsi həyata toxunduğunuz və dövlətin maraqlarına zidd məlumat paylaşdığınız sübuta yetirilərsə, qanunvericiliyin inzibati və cinayət maddələri ilə ittiham oluna bilərsiniz.

Yəni bu məsuliyyəti dərk edən vətəndaş orada öhdəsinə götürdüyü məsuliyyəti də dərk edir. Həmçinin Türkiyənin özündə də müəyyən düzənləmələr var. Amerikanın özündə də sosial şəbəkələrlə bağlı addımlar atılmaqdadır”.

Deputat vurğulayıb ki, gələcəkdə bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılacağı təqdirdə ölkəmizin milli maraqları, insanlarımızın hüquq və azadlıqların qanunla müasir tənzimlənməsi olacaq: "Bununla da insanlarımızın bir-birinə qarşılıqlı olaraq hörmət etməsini və dövlət sirinin yayılmasının qarşısı alınmasını təmin edə bilərik.

Dövlətimizin uğurlarını qəbul etməyən 5-ci kolonun tör-töküntüsü bu məsələ müzakirəyə çıxarılan zaman ortanı qarışdırmaq üçün müəyyən addımlar atacaq. Azərbaycan demokratik təchizatlara hörmət edən ölkədir. Cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə çox uğurlar atılmaqdadır. Mən düşünürəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır. Bununla da biz yaranacaq bütün fəsadların qarşısını qabaqcadan ala bilərik”.


Oxunub: 752






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim