reklam
USD
13 ℃
EUR
BAKI

Ağdam istiqamətindən SON MƏLUMAT - "Yolumuz Xankəndinədir..."

CANLI TV / 27.09.2020 14:01
Ağdam istiqamətindən SON MƏLUMAT - "Yolumuz Xankəndinədir..."


Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

"carciTV" xəbər verir ki, düşmən səhər saatlarında cəbhənin digər istiqamətlərində olduğu kimi, Bərdə-Ağdam istiqamətində də təxribatlar törədib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində, sakinlərin evləri dağılıb, yaralılar var. Buna baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Yerli sakinlərlə söhbət zamanı bildiriblər ki, onlar Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qələbəsinə inanırlar. "Biz doğma torpaqlarımız uğrunda döyüşə hər an hazırıq. Qoy düşmən bunu bilsin və görsün ki, öz yurdumuzdan bir qarış da geri çəkilməyəcəyik. Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”, - deyə Ağdam rayon sakinləri bildiriblər.

Qeyd edək ki, düşmənin atəşə tutduğu yaşayış məntəqələrimizdən biri də Ağdamın Qaradağlı kəndidir. Təxribat nəticəsində kənd sakini 59 yaşlı Bəykişi Zeynalov başından qəlpə yarası alıb. Yaralı dinc sakin Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. //AzərTac


Oxunub: 376






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim