reklam
USD
4 ℃
EUR
BAKI

Anar Eyvazov: Bölmələrimiz yüksək peşəkarlıq göstərərək bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatını davam etdirir

XƏBƏR / 29.09.2020 20:55
Anar Eyvazov: Bölmələrimiz yüksək peşəkarlıq göstərərək bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatını davam etdirir


Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan miflər yalandır. Bölmələrimiz yüksək peşəkarlıq göstərərək, ən müasir silah və zirehli texnikanın imkan və qabiliyyətlərindən faydalanaraq bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən axşam brifinqində deyib.

A.Eyvazov bildirib ki, müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində məhv edilib. Ermənistan ordusunun Eçmiədzin rayonunda yerləşən və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan da bu gün məhv edilib. Bundan başqa, düşmən ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

Ağdərə rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib. Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində Ermənistan ordusunun 1-ci alayının 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın olunub.

Həmçinin Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Düşmən geri çəkilməyə məcbur olub. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb. Bu informasiya ilə bağlı foto və videomateriallar ilə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun Madagizdəki alayında tamamilə ruh düşkünlüyü yaranıb, şəxsi heyətdə ölüm qorxusu başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çox hərbçi döyüşə girməkdən imtina edir və əməliyyat rayonunu tərk edirlər.

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 tipli zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir. Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan genişmiqyaslı hücumun ilk saatlarından etibarən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi heyəti gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Döyüşlərin getdiyi bütün istiqamətlərdə mobil səhra cərrahiyyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə edilərək sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.

"Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur. Hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb. Vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər. Eyni zamanda, vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.


Oxunub: 451






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim