reklam
USD
7 ℃
EUR
BAKI

Torpaqlarımız işğaldan azad olunur!

XƏBƏR / 01.10.2020 09:52
Torpaqlarımız işğaldan azad olunur!


Qarabağda ağır döyüşlərin getdiyi sirr deyil. 27 sentyabrda düşmən təxribatına cavab verən ordumuz əks-hücuma keçdi və bir neçə kənd işğaldan azad edildi. Azad edilən ərazilər isə illərdir ordumuz tərəfindən tətqiq edilən, hər qarışını əzbər bildikləri ərazilərdir. Hazırda isə döyüşlər düşmənin daha dərin mövqelərində aparılır.

Bunu isə yazmaqda məqsədim Müdafiə Nazirliyini və ordumuzu qınayanlara cavab verməkdir. Rəylərdə hər kəs ittiham edir ki, 2 gündür heç bir irəliləyiş yoxdur, niyə torpaqlar azad edilmir.

Bu ittihamlarla çıxış edənlərin müharibə anlayışının olmadığı bəllidir, amma adamı məyus edən onların ümumiyyətlə anlayışlarının olmamasıdır. Çünki hazırda yazılan hər bir rəy, hər bir status insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. Çünki hər kəs torpaqlarımızın azadlığı uğrunda öz doğmasını döyüşə, ölüm-dirim savaşına göndərib. Hər kəsin əsəbləri tarıma çəkilib. Bir yandan uzun illərin kini, nifrəti, bir yandan da hazırda düşmənin həyasızcasına davranışları...

Ola bilər ki, ordumuz işğaldan azad edildiyi elan edilən ərazilərdən də öndədilər. Daha ön mövqelər üçün döyüşlər gedir. Hətta daha ön postları azad etmiş ola bilərik. Amma biz o postlarda möhkəmlənə bilmiriksə, yaxud o postlarda istehkamlarımız qurulmursa, o mövqeni biz azad olunmuş saya bilmərik. Bunu müharibədən anlayışı olanlar daha yaxşı bilərlər. Bundan başqa döyüşlərin getdiyi ərazilərin coğrafi relyefi də fərqlidir. 30 ilə yaxındır ki, düşmən bu ərazilərdə, dağlarda, təpələrdə, meşəlik ərazilərdə, zirvələrdə mövqeləniblər. Ərazinin böyük hissəsi minalanıb. Düşmən Füzuli, Ağdərə, Qubadlı istiqamətində, yerin altında və üstündə elə bir hiylələr qurub ki, o hiylələri aşmaq elə də asan deyil. Bu səbəbdən də torpaqlarımızın hər qarışı üçün döyüşmək lazım gəlir. Hərbçilərimiz həmin ərazini qısa müddət içərisində tədqiq edə bilməz. Bunun üçün zaman lazımdır. İllərdir mövqelənən düşməni bir neçə günə o mövqelərdən qovmaq o qədər də asan iş deyil. Bu, hansısa virtual oyun deyil, hansı ki, öləndən sonra yenidən dirilib döyüşəsən. Bu itki deməkdir.

Döyüşü idarə edən generallar da bunu düşünür və maksimum az itki ilə əraziləri işğaldan azad etməyi planlayırlar. Bu səbəbdən də öncə artilleriya, aviasiya işləməlidir. Düşmən mövqeləri müəyyənləşdirilməli, onlar məhv edilməli, daha sonra hərbçilərimiz təmizləmə işləri aparmalıdır.

Cənab Prezident son çıxışında öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Qeyd etdi ki, torpaqlarımız işğaldan azad edilməlidir. Münaqişənin həlli isə yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.

Hazırda bizim üzərimizə düşən vəzifə döyüşməkdir. Torpaqlarımız üçün, Vətənimiz üçün, sevdiklərimiz üçün döyüşməliyik. "Ya bu gün, ya da heç vaxt” dediyimiz an qapımıza dayanıb. Bu münaqişəni övladlarımıza, nəvələrimizə, nəticələrimizə miras qoymamalıyıq. Əgər əlimizə silah alıb döyüşə bilmiriksə, arxa cəbhədə, mənəvi dəstək ola, ruh yüksəkliyi yarada bilərik. Əgər bunları da edə bilmiriksə, o zaman bizə susmaq və təxribatlara uymamaq düşər. Heç olmazsa, ruh düşkünlüyü,fikir ayrılığı yaratmayaq, fikirləri yalnız bir hədəfə kökləyək.
Tanrı ordumuzu, Vətənimizi, sevdiklərimizi qorusun!


Oxunub: 303






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim