reklam
USD
6 ℃
EUR
BAKI

Şair Ramaldanov: Madagizin azad olunması Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük üstünlük yaradır

CANLI TV / 03.10.2020 22:05
Şair Ramaldanov: Madagizin azad olunması Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük üstünlük yaradır



Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 3-də özünün rəsmi Tvitter səhifəsində ordumuzun Madagizi işğaldan azad etdiyini bildirib. Dövlətimizin başçısı digər bir paylaşımında Madagizin tarixi adının bərpa olunaraq, onun Suqovuşan adlandırıldığını elan edib.

Suqovuşanın azad edilməsinin strateji baxımdan Azərbaycan Ordusu üçün önəmini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib: "Suqovuşanın çox böyük strateji əhəmiyyəti var. Belə ki, Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verir. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük üstünlük yaradır”.

Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahının yerləşdiyi strateji əhəmiyyətli Suqovuşan yaşayış məntəqəsinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşməndən təmizləndiyini xüsusi vurğulayan polkovnik bildirib: "Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Buna əlavə olaraq, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə xətti olan Ağdərə-Ağdam xətti mühasirəyə düşmə təhlükəsi altına düşür. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır.

Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıyır. Bu, çox uğurlu nəticədir və bu uğurlu nəticəyə hamımız sevinirik”.


Oxunub: 334






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim