reklam
USD
6 ℃
EUR
BAKI

Suqovuşanda Azərbaycan bayrağı dalğalanır: Prezident İlham Əliyev qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir

REPORTAJ / 03.10.2020 22:34
Suqovuşanda Azərbaycan bayrağı dalğalanır: Prezident İlham Əliyev qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir



Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdi. "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

Dövlətimizin başçısının Tvitter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirdi: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

carciTV xəbər verir ki, xalqımız bu tarixi anları yaşamazdan bir qədər əvvəl Ermənistanın baş naziri diaspor təşkilatlarına müraciət edərək çarəsiz halda yardım dilənirdi. Şanlı tariximizə qızıl hərflərlə yazılan bu gün həm də tarixə Paşinyanın məğlubiyyətlərinin etirafı kimi yazılacaq. Ermənistanın baş naziri müraciətində çoxlu sayda qüvvə və hərbi texnika itirdiklərini dilə gətirdi və erməni diasporundan imdad dilədi.

Bəli, artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir. Azərbaycan xalqı qələbələrə sevinir, ermənilər isə məğlubiyyətə düçar olurlar.

Bu gün şanlı Ordumuzun düşmənə endirdiyi zərbələrdən qorxuya düşən ermənilər artıq Xankəndidən Yerevana köç edirlər. Bütün cəbhə boyunca ağır itkilər verən düşmən geri çəkilir.

Qeyd edək ki, Tərtər rayonunun strateji əhəmiyyətli ərazisi olan Suqovuşan 1994-cü ildə düşmən tərəfindən işğal edilmişdi. Bu ərazinin işğaldan azad olunması ilə Ordumuz mühüm yüksəkliklərə yiyələnmiş oldu. Bu yaşayış məntəqəsi keçmiş Ağdərə rayonu ilə Kəlbəcər rayonu arasındakı şimal yolunun üzərində yerləşir. Buraya yaxın ərazidə ermənilərin əsas hərbi bazalarından biri də yerləşirdi. Suqovuşanın azad edilməsi Ordumuzun əks-hücum əməliyyatlarını daha da genişləndirməyə imkan verəcək.


Oxunub: 480






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim