reklam
USD
0 ℃
EUR
BAKI

Qurban Qurbanov püşkü dəyərləndirdi: "Yaxşı qrupa düşmüşük"

İDMAN / 04.10.2020 23:23


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkün nəticəsinə əsasən, düşdükləri qrupu dəyərləndirib.

Sport7.az klubun saytına istinadən xəbər verir ki, o, yaxşı qrupa düşdüklərini bildirib. Q.Qurbanov rəqibləri İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" komandaları barədə danışıb: "Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. Vilyarreal"i hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. "Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu."Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur".

Qurbanovun fikrincə, hər üç komanda özünəməxsus oyun üslubuna malik ciddi rəqibdir: "Qardaş Türkiyə komandasına qarşı oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".


Oxunub: 367






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim