reklam
USD
19 ℃
EUR
BAKI

ANAMA: Goranboy rayonu ərazisində kasetli mərmi aşkarlanıb

REPORTAJ / 06.10.2020 21:56
ANAMA: Goranboy rayonu ərazisində kasetli mərmi aşkarlanıb


Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyunca ordumuzun mövqelərini atəşə tutub. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə raket və mərmilər atıb. Həmin tarixdən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

Bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov AZƏRTAC-a açıqlamasında deyib.

ANAMA-nın operativ qərargahının rəisi bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunur. Hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Agentliyin əməliyyat qrupu hazırda həmin ərazidədir və axtarış tədbirləri davam edir. Axtarış işləri tam yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

İdris İsmayılov əlavə edib ki, əvvəllər Beyləqan rayonunda da kaset bombaların çanaq hissəsi aşkarlanmışdı. Ümumiyyətlə, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.

O vurğulayıb ki, ümumilikdə sentyabrın 27–dən oktyabrın 5-dək agentliyə 258 təxirəsalınmaz siqnal (əməliyyat çağırışı) daxil olub və bu çağırışlar əsasında operativ və əməliyyat-axtarış çıxışları olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb.

Hazırda agentliyin 24 əməliyyat-axtarış qrupu regionlarda əməliyyat axtarış tədbirlərini davam etdirirlər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir. Bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır.


Oxunub: 343






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim