reklam
USD
4 ℃
EUR
BAKI

Gürcüstanın 60-a yaxın QHT-si beynəlxalq təşkilatlara müraciət edib

XƏBƏR / 07.10.2020 09:26
Gürcüstanın 60-a yaxın QHT-si beynəlxalq təşkilatlara müraciət edib


Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları 60-a yaxın qeyri-hökumət təşkilatı (QHT) bu ölkənin rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sənəd oktyabrın 6-da Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) imzalanıb.

GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri Rafiq Hümbət sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar, mülki insanlar və obyektləri raket və top mərmiləri ilə qəsdən atəşə tutması, beynəlxalq humanitar hüququ kobudcasına pozması barədə ətraflı məlumat verib.

Bildirib ki, müraciət Azərbaycana dəstək məqsədi daşıyır.

Müraciətdə deyilir ki, soydaşlarımız Gürcüstan dövlətini, beynəlxalq təşkilatları Ermənistana işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırıb.

Qeyd olunur ki, Gürcüstanın azərbaycanlı vətəndaşları tarixin bütün dönəmlərində Gürcüstan dövlətinə və gürcü xalqına öz sədaqətini nümayiş etdirib, dövlətçiliyin inkişafında, ərazi bütövlüyü uğrunda apardığı mübarizələrdə yaxından iştirak ediblər.

Sənəddə deyilir: "Azərbaycan ilə Gürcüstan yaxın qonşu və dost olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal altındadır və ərazi bütövlünü bərpa etmək onların ən təbii haqqıdır. Azərbaycan Respublikası hər zaman beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə, Ermənistandan fərqli olaraq tam dəstək nümayiş etdirib, ölkəmizin ayrılmaz hissəsi olan Abxaziya və Samaçablonun işğaldan azad olunması yolunda Gürcüstanın atdığı bütün addımları dəstəkləyib və bu siyasət hazırda davam edir”.

Müraciətdə vurğulanıb ki, Dağlıq Qarabağın qondarma erməni rejimi dəfələrlə Gürcüstanın işğal altında olan bölgələrindəki separatçı rejimlərlə işbirliyinə girib, Gürcüstanın ərazi bütövlüyünə açıq-aşkar etinasızlıq və hörmətsizlik nümayiş etdirib.

"Əlbəttə, bizlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı əməliyyatların heç bir halda həm azərbaycanlı, həm də erməni icmasının yaşadığı Gürcüstana mənfi təsirlər göstərməməsi üçün əlimizdən gələni edirik və edəcəyik. Bununla belə, sizdən Azərbaycanın haqlı mövqeyini dəstəkləmənizi və məsələ barədə obyektiv münasibət bildirmənizi xahiş edirik”, – deyə müraciətdə vurğulanır.

Gürcü, rus və ingilis dillərində olan müraciət Gürcüstan Prezidenti, Baş Naziri, Xarici İşlər Nazirliyi ilə yanaşı, BMT, ATƏT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların bu ölkədəki nümayəndəliklərinə də təqdim olunacaq.


Oxunub: 322






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim