reklam
USD
17 ℃
EUR
BAKI

Milli Məclisin deputatından erməni həmkarının sərsəm fikirlərinə tutarlı cavab

CANLI TV / 07.10.2020 09:35
Milli Məclisin deputatından erməni həmkarının sərsəm fikirlərinə tutarlı cavab


ATƏT-in Parlament Assambleyasının (PA) "Policing in diverse societies: principles and good practices” adlı vebinarında Ermənistan nümayəndə heyətinin üzvü Maria Karapetyan Dağlıq Qarabağ xalqı və Ermənistanın sentyabrın 27-dən etibarən hücuma məruz qalması kimi fikir səsləndirib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Ağayeva erməni xanımın sərsəm fikirlərinə öz münasibətini bildirib.

O deyib: "Bugünkü onlayn tədbirdə mən də bu mövzuda danışaraq təmsil etdiyim ölkənin siyasətini və təcrübəsini sizlərlə bölüşmək istəyirdim. Lakin, erməni həmkarımız tərəfindən haqsız olaraq ölkəmin adına xələl gətirmək məqsədilə ittihamların səsləndirilməsini nəzərə alaraq növbəti şərhləri səsləndirmək istəyirəm. Düzünü desək, mənim bu əsassız ittihamlara cavab belə vermək niyyətim yox idi, erməni həmkarlarımız hər zaman Azərbaycan tərəfinə qarşı müxtəlif ittihamlar irəli sürürlər. Burada nə desək də, bir şeyi dəqiq bilməliyik ki, tarixi həqiqətləri dəyişmək mümkün deyil. Onları inkar etməməliyik. Erməni dövlətinin qurulması və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə bağlı tarixi faktlardan başlayaraq erməni həmkarımızın bugünkü çıxışına kimi. Həm də qeyd etməliyəm ki, başqa insanları yalan məlumatları dinləməyə məcbur etmək hörmətsizliyin bariz nümunəsidir. Hamınız bilirsiniz ki, bu günlərdə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərini azad edir”.

Milli Məclisin deputatı xatırladıb ki, 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ancaq gördüyümüz kimi, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə göz yumduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələri ötən günlərdə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutdu. Diqqətinizi bu xüsusi hücuma çəkməyimin səbəblərindən biri də ondadır ki, Gəncə şəhərinin 77 yaşlı sakini, erməni əsilli Karina Qriqoryan bu erməni hərbi cinayətinin nəticəsində yaralanıb. Fikir verin, bunlar 2 qonşu ölkədir - Azərbaycan erməni əhalisi üçün dinc həyat şəraitini təmin edərkən, Ermənistanın hərbi təcavüzü onların sağlamlığına və əmlaklarına böyük ziyan vurur. Gəncəyə Ermənistan ərazisindən (Dağlıq Qarabağdan deyil) hücum edən ermənilər Azərbaycanı təkcə işğal olunmuş əraziləri deyil, bu dəfə həm də Ermənistanın öz ərazilərini də cavab atəşinə tutmağa təhrik etməyə çalışırlar. Bundan əlavə, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı rəsmi "Twitter” hesabında Azərbaycanın böyük şəhərlərindəki hərbi obyektlərin onlar üçün yeni hədəflər olacağını açıqlayıb”.

Ü.Ağayeva vurğulayıb: "Beynəlxalq ictimaiyyətin Ermənistanın qeyri-qanuni fəaliyyətlərinə, aqressiv bəyanatlarına və təcavüzkar əməllərinə göz yumması münaqişənin sülh yolu ilə nizamlanma perspektivlərini ciddi şəkildə sarsıdır. Əminəm ki, bu ikili standartlar siyasəti və selektiv yanaşma dayandırılandan sonra real dialoq üçün zəmin olacaq”.


Oxunub: 371






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim