reklam
USD
6 ℃
EUR
BAKI

Ermənistan hərbçiləri döyüş bölgəsindən qaçır

XƏBƏR / 07.10.2020 21:49
Ermənistan hərbçiləri döyüş bölgəsindən qaçır


Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusuna məxsus bir çox hərbi maşınlar hərbçilərimiz tərəfindən ələ keçirilib, bu maşınların içərisində yüksək rütbəli erməni hərbçilərinə məxsus nəqliyyat vasitələri də var.

Sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan Ordusu gündən-günə böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikalarını məhv edib bir çox zirehli və əhəmiyyətli nəqliyyat vasitələrini ələ keçirib.

Bu hərbi nəqliyyat vasitələrinin içərisində erməni zabitlərini daşıyan avtomobillər də var. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin nəinki adi əsgəri, həmçinin yüksək rütbəli hərbçiləri də döyüşdən qorxaraq hərbi texnikalarını orada qoyaraq müxtəlif yollarla ərazidən qaçırlar. Bir neçə gün öncə ermənilərin idarə etdiyi bu nəqliyyat vasitələri artıq Azərbaycan Ordusunun əlindədir. Gördüyünüz bu texnika ilə döyüşməyə gələn ermənilərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edilib, bir qismi isə qorxaraq arxasına baxmadan qaçıb. Hətta bəzi nəqliyyat vasitələrinin içərisində hərbi məlumatlar olan xüsusi qeydlər yazılmış sənədlər də var. Onlar qaçarkən qorxularından bu hərbi sirr sayılan sənədləri belə məhv etməyiblər.

Düşmənə məxsus rabitə maşınında isə bu cür sənədlərə daha çox rast gəlinir. Bu da Ermənistan ordusunda olan özbaşınalığı və səriştəsizliyi göstərən digər amillərdən biridir.

Qeyd edək ki, düşmən yalnız zirehli maşınlar və texnikanı yox, həmçinin xeyli sayda silah-sursatı da qoyub qaçıblar.


Oxunub: 371






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim