reklam
USD
28 ℃
EUR
BAKI

Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

XƏBƏR / 09.10.2020 20:48
Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu


Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhəboyu gedən döyüşlərdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycan hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə nail olunub.

Azərbaycan əsgərinin cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüşlərdə qazandığı qələbələr Ermənistan ordusunu sözün əsl mənasında qorxuya salıb. Elə bunun nəticəsidir ki, minlərlə canlı qüvvə, xeyli sayda silah-sursat və hərbi texnika itkisi ilə üzləşən Ermənistan ordusu artıq məğlubiyyəti ilə barışmaq ərəfəsindədir.

On gün öncə erməni əsgərinin çiyinlərindən asdığı silahların, sürdüyü tankların şanlı Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi düşmən tərəfdə açıq-aşkar ruh düşkünlüyü yaradıb.

Görünən odur ki, şəxsi heyət sarıdan əziyyət çəkməyə başlayan Ermənistan ordusu əsgər qıtlığı ilə üzləşib. Eyni zamanda bütün bu olaylar Ermənistanda daxili çaxnaşmalara gətirib çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycan Ordusu ilə davam edən döyüşlərdə məğlubiyyətlə üzləşdiyi bir dövrdə daxili qarşıdurmaların baş qaldırmasından ciddi narahatdır. Çünki davam edən döyüşlər fonunda Ermənistan iqtisadiyyatı bir az da böhrana uğrayıb. Belə bir vəziyyətdə Nikol Paşinyan Ermənistan vətəndaşlarının ona qarşı çıxacağından qorxur.

Eyni zamanda ölkədaxili siyasi qarşıdurmaların baş verəcəyindən qorxuya düşən Paşinyan narahatlığını özünə yaxın adamları vəzifədən kənarlaşdırmaqla ifadə etməyə başlayıb. Misal üçün, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın diqtəsi ilə Arqişti Kərəmyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edib.

Təbii ki, hərbi əməliyyatlar davam edir və Azərbaycan bu əməliyyatlarla haqlı olduğunu bir daha sübut etdi. Eyni zamanda sübut olundu ki, bu münaqişədə şərt irəli sürən ölkə yalnız Azərbaycandır və münaqişə yalnız Azərbaycanın irəli sürdüyü şərtlər əsasında həll oluna bilər. Həmin şərtləri isə Prezident İlham Əliyev "TRT Haber” televiziya kanalına müsahibəsində deyib:

"Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun”.

Azərbaycan Ordusu tərəfindən düşmən qüvvələr geri çəkilməyə məcbur edilib və edilir. Təbii ki, düşmən bundan sonra da geri çəkilməyə məcbur ediləcək. Son 13 gündə baş verənlərə nəzər yetirsək, Ermənistanın artıq çıxılmaz duruma düşdüyünü müşahidə edərik. Çünki Azərbaycanın Ali Baş Komandanının əzmi və qətiyyətli addımları göstərdi ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Ermənistanın hərbi qüvvələri işğal altında olan torpaqlarımızdan çıxmalıdır.

Elə bu səbəbdən də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən artıq ağ bayraq qaldırılır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib. Hazırda Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Beləliklə, Paşinyan Azərbaycan Prezidentinə təslim oldu.


Oxunub: 519






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim