reklam
USD
2 ℃
EUR
BAKI

“Atəşkəs olmasaydı, Azərbaycan 4-7 günə Xankəndinə çata bilərdi…”

CANLI TV / 12.10.2020 09:35
"Atəşkəs olmasaydı, Azərbaycan 4-7 günə Xankəndinə çata bilərdi…”


"10 oktyabr atəşkəs razılaşmasına qədər  Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən ona verilən tapşırığı əla yerinə yetirdi”.
 

carciTV xəbər verir ki, bu sözləri Rusiya mediasına açıqlamasında hərbi ekspert,  Azərbaycan ordusunun ehtiyatda olan mayoru Anar Hüseynov söyləyib. 

"Döyüşlər  zamanı Milli Ordunun hücum əməliyyatları şimalda – Ağdərə-Murovdağ istiqamətində, Qarabağın cənubunda isə Füzuli-Cəbrayıl istiqamətində həyata keçirilib. Əməliyyatların ilk günündə Qarabağın Kəlbəcər bölgəsinə yaxın Murovdağda bir sıra mövqelər azad edildi. Daha sonra işğal olunmuş zonanın şimalındakı döyüşlərdə Azərbaycan ordusu Kəlbəcərə gedən yolun üzərində yerləşən böyük strateji məntəqə olan Madagiz kəndini azad etdi və  Madagiz su anbarını da nəzarətə götürdü. Qurtuluşdan sonra bu kənd  tarixi adına uyğun olaraq rəsmən Suqovuşan adlandırıldı. Buradakı su anbarının azad olunması sayəsində Tərtər, Bərdə və s. bölgələrdəki düzənliklərdə yerləşən əkinçilik əraziləri 30 ildə ilk dəfə Tərtər çayının bol suyu ilə təmin olundu.

Azərbaycan ərazisinin ikiyə bölən Bakı-Gəncə magistral yolundan ən yaxın məsafədə olan Talış kəndinin azad edilməsi də böyük əhəmiyyət daşıyır... 

Erməni əhalisinin sayına görə ikinci ən böyük Qarabağ şəhəri olan Ağdərə  yarı mühasirədə qalıb. Hal-hazırda bu şəhər boşdur, erməni əhali tərəfindən tərk edilib”- deyə Anar Hüseynov bildirib.

Cənub istiqamətində də Milli Ordunun uğurlarını yüksək dəyərləndirən ekspet Xankəndinin uzağı, bir həftəyə azad edə bilmə şansımızdan danışıb.

"Qarabağın cənubunda  ordumuz Azərbaycanın işğal olunmuş Qubadlı bölgəsinin ərazisinədək İranla bitişik sərhəd zonasını azad etdi. Şimala - Araz çayından dağlara hücum edən ordu, strateji əhəmiyyətli Hadrut qəsəbəsini azad etdi və ondan öncə həmin cəbhənin qərbindəki Cəbrayıl şəhəri də tamamilə azad olundu.

9 oktyabrda imzalanan atəşkəs olmasaydı, bu cür uğurlu hücumlarla Azərbaycan ordusu cəmi 4-7 günlük döyüşlər sayəsində işğal altındakı Qarabağın paytaxtı Xankəndinə çata bilərdi” -deyən hərbi ekspert Anar Hüseynov Azərbaycan ordusunun hazırda yerləşdiyi məkandan Xankəndinə cəmi 40-50 km məsafə qaldığını və Milli Ordumuzun bir sıra istiqamətlərdə keçmiş müdafiə xəttlərindən bəri keçdiyi məsafənin də 40 km-ə çatdığını vurğulayıb.


Oxunub: 364






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim