reklam
USD
2 ℃
EUR
BAKI

"Ermənistanla Naxçıvan sərhəd boyu artıq bomboşdur" - AÇIQLAMA

XƏBƏR / 13.10.2020 08:30

"Ermənistanla Naxçıvan sərhəd boyu artıq bomboşdur. Sərhəddə olan erməni hərbiçilərin hamısı Qarabağ savaşına aparılıb".

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

A.İsmayılov qeyd edib ki, ermənilər artıq son nəfəslərini alırlar: "Onların panikada olmalarını görmək üçün elə bəzi Rusiya və erməni xəbərlərini oxumaq kifayətdir. Bu gün Dağlıq Qarabağdan bir qrup Rusiya Prezidentinə məktub ünvanlayıblar. Məktubda "biz sizə yalvarırıq, müharibəni dayandırın” cümləsi bir neçə dəfə təkrarlanır. Daim qələbədən dəm vuran qondarma DQ-ın qondarma prezidenti araik arutunyan artıq vəziyyətin kritik olduğunu erməni mətbuatına etiraf edir. Bir neçə saat bundan əvvəl yenə həmin araik bir ayaqları gorda olan keçmiş Qarabağ döyüşçüləri ilə görüş keçirib. Rusiya XİN rəhbəri Lavrovun Ermənistan XİN rəhbəri Mnaçakanyan ilə görüşdə onun sağında və solunda olanlara fikir versəniz görərsiniz ki, onlar rəsmən ölüblər, özlərinə deyən yoxdur. Elə buna görə də bu gün bizə bu sevinc hisslərini yaşadan əsgər və zabitlərimizin ailələrinin heç bir ehtiyacı olmamalıdır. Hər rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin yerli qurumları kimlərin müharibədə olduqlarını bilirlər. Hamı ora müraciət edib müharibədə olanların ailələrini müəyyən edib bütün ehtiyaclarını ödəməlidir. Bu sahədə yerli icra orqanlarının fəaliyyəti daha aktiv və konkret olmalıdır. Bu gün hamımız onları tanımalı və qayğılarına qalmalıyıq!"


Oxunub: 290






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim