reklam
USD
15 ℃
EUR
BAKI

İlham Əliyevdən Ermənistana öldürücü zərbə - 3 cəbhədə...

RƏSMİ / 13.10.2020 20:27
İlham Əliyevdən Ermənistana öldürücü zərbə - 3 cəbhədə...


CNN müxbiri: Nikol Paşinyan deyir ki, Qarabağ əhalisinn 95 faizi ermənilərdən ibarətdir.

Prezident İlham Əliyev: Paşinyan yalan danışır, indi Qarabağ əhalisinin 100 faizi ermənilərdən ibarətdir, çünki onlar azərbaycanlıları öz yurdlarından qovublar.

Azərbaycan liderinin bu sözləri informasiya müharibəsində Ermənistanın yalan maşınını ifşa edən ən tutarlı cavablardan biridir.

Paşinyan erməni əhalisinin 95 faiz olduğunu deyir, İlham Əliyev 100 faiz və ardınca zərbəni endirir, bununla erməni baş nazirin yalan danışarkən belə rəqəmləri saxtalaşdırdığını CNN-nin tribunasından bütün dünyaya göstərir.

Azərbaycan lideri işğalçı Ermənistana qarşı üç cəbhədə döyüşür: Ali Baş Komandan kimi hərbi cəbhədə düşmənə ağır zərbələr endirir, dövlət başçısı kimi diplomatiya milli maraqlarımızı qoruyur və informasiya cəbhəsində də işğalçını ifşa edir.

Artıq işğalçının 30 ildir qurduğu nə status-kvo, nə də təmas xətti qalıb, Azərbaycan diktə edən tərəfdir. Hərbi və diplomatiya cəbhəsində məğlub olan Ermənistan informasiya müharibəsinin də uduzan tərəfidir.

30 il öncə Azərbaycan torpaqlarını işğal edən, mülki azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirən Ermənistan bütün dünyaya özünü "əzilən tərəf” kimi təqdim edərək, həqiqəti gizlətdi. Amma indi nə Azərbaycan 30 il öncəki ölkədir, nə də bu ölkəni idarə edənlər.

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhalini atəşə tutmasına cavab olaraq başlanan əks-hücum əməliyyatları zamanı erməni diasporu/lobbisi yalan maşınını yenidən işə salsa da hədəflərinə nail ola bilmədilər. Çünki Preziddent İlham Əliyev əməliyyatlar başlanmamışdan öncə və sonra gerçəyi dünyaya çatdırmaq üçün önəmli addımlar atdı.

Bu ilin iyul ayında erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu həyata keçirdi, ardınca Azərbaycanı "hücum edən tərəf” kimi göstərməyə çalışdılar, lakin bu, uğursuz cəhddən başqa bir şey olmadı. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Azərbaycan dünyaya sübut etdi ki, Tovuzda hücum edən Ermənistan yenidən hücuma hazırlaşır və bu, hər an baş verə bilər. Prezident İlham Əliyevin dedikləri sentyabrın 27-də təsdiqini tapdı, erməni hərbi birləşmələri mülki əhaliyə hücuma keçdi.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində təmas xətti darmadağın edildi, ərazilərimizin bir qismi azad olundu, işğalçı ölkənin 30 illik qurduğu mif alt-üst oldu.

Cəbhədə məğlub olan Ermənistan mülki əhalini hədəfə alır, buna paralel olaraq, I Qarabağ müharibəsində olduğu kimi dünyaya "əzilən xalq” pozasını verməyə çalışır. Amma artıq işğalçının informasiya maşını "yolda qalıb” və cəbhədə düşmənə ağır zərbələr endirən Ali Baş Komandan informasiya müharibəsində Azərbaycanı qalib tərəfə çevirdi.

Prezident İlham Əliyev cəbhədə orduya komandalıq etdiyi vaxt, informasiya cəbhəsində də əsl sərkərdə kimi Azərbaycanın haqq səsini dünyaya çatdırır.

Əməliyyatların başladığı müddətdən etibarən Azərbaycan lideri "CNN International”, "CNN-Türk”, "Sky News”, "Euronews”, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarında, o cümlədən Türkiyənin nüfuzlu "TRT Haber”, "Qlobal Haber”, Rusiyanın aparıcı "Rossiya-1”, "Pervıy Kanal”, RBK televiziyalarına mütəmadi müsahibələr verir, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın haqlı mövqeyini ciddi arqumentlərlə əsaslandırır.

Bu müsahibələr Azərbaycana qarşı "feyk-nyuslar”ın ifşa edilməsi və Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınının alt-üst edilməsi ilə nəticələnir. Bunun fonunda Prezident İlham Əliyev davamlı olaraq xalqa müraciət edir, baş verənlərlə bağlı cəmiyyəti məlumatlandırır.

Bütün bunlar Prezident İlham Əliyevin təkcə Azərbaycanda yox, həm də beynəlxalq münasibətlərdə yaratdığı liderlik nümunəsidir.

Cəbhədə irəliləyən orduya komandanlıq edir;
Ağıllı diplomatiya ilə maraqlarımızı qoruyur;
İnformasiya cəbhəsində "erməni maşınını” sıradan çıxarır;

Azərbaycan lideri eyni anda üç cəbhədə döyüşür və ölkəsini hər üç döyüşdən qalib olaraq çıxarır.


Oxunub: 284






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim