reklam
USD
18 ℃
EUR
BAKI

Putini tənqid edən bakılı Harri Kasparov da Azərbaycan və Türkiyənin əleyhinə danışdı

CANLI TV / 13.10.2020 20:40
Putini tənqid edən bakılı Harri Kasparov da Azərbaycan və Türkiyənin əleyhinə danışdı


Bakıda dünyaya göz açan şahmat üzrə 13-cü dünya çempionu, İnsan Hüquqları Müdafiə Fondunun rəhbəri, Rusiya prezidenti Vladimir Putini "dünyanın ən təhlükəli adamı”, "diktator” hesab edən, atası yəhudi, anası erməni olan Harri Kasparov işğal edilən Dağlıq Qarabağda gedən müharibədən danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

"Türkiyəni bu bölgədəki inqilabın lokomotivi və əsas müttəfiqi kimi qəbul edən Lenin iki bölgəni – ermənilər və azərbaycanlıların yaşadığı Naxçıvanı və Qarabağı Azərbaycana verir.

Və bu, təbii olaraq bir mina sahəsi yaradır. Yeri gəlmişkən, Stalin o zaman müntəzəm olaraq bu mina sahələrini yaradıb xəritəni yenidən cızdı ki, respublikaların ayrılması zamanı bu mina həmişə partlasın.

Əslində, Qarabağ problemini və bir çox digər problemləri kökündən ayıran bir detal var. 1990-cı ildə qəbul edilmiş Sovet İttifaqı qanununda ittifaq respublikasının ayrılması üçün kifayət qədər aydın bir qayda nəzərdə tutulmuşdu. Muxtar respublikaların və milli qrupların kompakt yaşayış yerlərinin ayrı-ayrılıqda səs verməsi açıq şəkildə bildirilmişdi. Və onlar parçalanma halında, öz müqəddəratlarını təyin etmə hüquqlarına sahibdirlər. Bu, indi bir çox insanın gözardı etdiyi çox vacib bir məqamdır. Ona görə də Azərbaycanın suverenliyi məsələsi şübhəlidir.

SSRİ dağılan ərəfədə isə azərbaycanlılarla ermənilərin birlikdə yaşamağı tamamilə mümkünsüz idi. Çünki dediyim kimi, 1915-ci il soyqırımı (yalançı!!!) hələ Türkiyə tərəfindən tanınmamışdı. Və bu soyqırım Türkiyə tərəfindən tanınana qədər mənə elə gəlir ki, Türkiyənin hər hansı bir müsbət rolu və Ermənistanla normal münasibətlər barədə danışmağa ehtiyac yoxdur. Biz belə bir çıxılmaz vəziyyətdəyik”. " Exo Moskva” Kasparovdan sitat gətirir.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan qoşunları bütün təmas xətti boyunca əks-hücuma başlayıb və erməni işğalında olan torpaqlarının bir hissəsini geri qaytarıb.

Haşiyə: Bakının çörəyi, suyu və havası ilə böyüyən bu yarı erməninin dediklərini olduğu kimi verdik və onun bir daha tarixi vətəni sayılan Azərbaycana və Türkiyəyə düşmən olduğunu sübuta yetirdik. Bakının çörəyi  ilə böyüyən bəzi rus müğənniləri də sonradan ölkəmizə qarşı çıxıb. Kasparov isə yəhudi atası Kim Moiseyeviç Vaynşteynə və babası, keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor Moisey Rubinoviç Vaynşteynə bənzəməyib, anası Klara Şagenovna Kasparyana oxşayıb.

Harri, 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbdə aldığın qızıl medal yalnız şahmat üçün imiş. Siyasət, öz müqəddəratlarını təyin etmə hüquqları, 1915-ci il yalançı erməni soyqırımı, Azərbaycanın suverenliyi məsələlərini müzakirə etmək sənlik deyil. Çünki SSRİ-nin bir çox respublikalarının daxilində muxtar bölgələr var idi. Belə bir bəla niyə məhz Azərbaycanın, Gürcüstanın, Moldovanın, sonradan isə Ukraynanın başına gəldi? Cavabı isə sadə və bəsitdir. Moskva belə istəyib. SSRİ-nin yüksək eşalonunda həmişə Azərbaycana qənim kəsilən ermənilər çalışıb. Elə indinin özündə də belə erməni məmurları Rusiya Federasiyasında az deyil…

Müsahibəndə ən doğru olan isə "Biz belə bir çıxılmaz vəziyyətdəyik” sözləri idi. Bəli, başqa ölkənin torpaqlarını işğal edən sənin Ermənistanın pis gündədir. "Hərbçiləri” Qarabağdan it kimi qovulur, PUA-ların zərbəsi altında başları yerə yapışdırılır…


Oxunub: 393






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim