reklam
USD
21 ℃
EUR
BAKI

“PAŞİNYAN BAKININ SƏBR KASASINI DAŞIRDI...” – “Amerikanın Səsi” Azərbaycan Ordusunun döyüş əzmindən yazdı

REPORTAJ / 13.10.2020 20:58
"PAŞİNYAN BAKININ SƏBR KASASINI DAŞIRDI...” – "Amerikanın Səsi” Azərbaycan Ordusunun döyüş əzmindən yazdı


"Dağlıq Qarabağda və işğal olunmuş ətrafında gedən döyüşlərdə itkilər artdıqca xarici dövlətlər Azərbaycanla Ermənistanı dayandırıb danışıqlar masasına qayıtmağa çətin inandıra biləcəklər”. "Amerikanın Səsi” radiosunun əməkdaşı Ceymi Detmer belə yazır.

Məqalədə deyilir ki, sentyabrın 27-dən başlanmış əməliyyatlarda 60-dan çox mülki şəxs olmaqda minədək insanın həlak olduğu bildirilir.

Moskvanın vasitəçiliyi ilə oktyabrın 10-dan atəşkəs əldə edilməsinə baxmayaraq tərəflər bir-birini onu pozmaqda suçlayır. Oktyabrın 11-də Gəncənin raket atəşinə tutulması nəticəsində 10 nəfər həlak olub, azı 30 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu hücumu hərbi cinayət adlandırıb.

"Bu itkilər cəmiyyətləri radikallaşdırır, geri çəkilməyi siyasi baxımdan daha problemli edir”,– Britaniyanın "Chatham House” beyin mərkəzindən Lorens Broers deyib.

"Davamlı bombardmanlar nəticəsində Azərbaycanın təmas xəttindəki yaşayış məntəqələri humanitar faciə yaşayır. Ortada yeni bir acı, zəhərli sinizm bərqərar olur”, – o əlavə edir.

Müşahidəçilərin fikrincə, gərgin döyüşlərin bərpası aylardı yaxınlaşırdı, amma koronavirus pandemiyası və digər fövqəladə durumlar diqqəti ondan yayındırdı.

Müəllif ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların illərlə uzandığını, irəliləyiş olmamasının azərbaycanlılara Ermənistandan daha çox təsir göstərdiyini qeyd edir.

"Azərbaycan bir nəsil səbirli davranıb. Azərbaycan illərlə xəbərdarlıq edirdi ki, sülh prosesi tükənərsə, son addım gücdən istifadəyə əl atılacaq”, – Kanada Qlobal Məsələlər İnstitutundan Robert Katler həmin ölkənin "Hill Times” xəbər saytında yazır.

Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Minsk sülh prosesində razılaşdırılmış təməl prinsipləri açıq şəkildə rədd etməsi Bakının səbr kasasını daşdırdı.

"Ötən il avqustun 5-də onun "Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi şifahi anneksiyaya bərabər idi”- deyə Katler düşünür.

"1990-cı illərin əvvəllərindən müharibə başlanandan Ermənistanın heç bir siyasətçisi bunu deməmişdi.

Birincisi, bu, siyasi dinamit idi, çünki bu ərazinin Azərbaycanın olması beynəlxalq səviyyədə tanınıb.

İkincisi, Ermənistan Dağlıq Qarabağın Ermənistandan müstəqil olması fikrini pərdələyib saxlamağa çalışıb”,– təhlilçi vurğulayıb.

Müəllif Türkiyənin Azərbaycana dəstəyinə də toxunur. Azərbaycan 2016-cı ildən ordusunu modernləşdirir, son bir neçə ildə 10 milyard dollarlıq silah alıb.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev cəbhə xəttinə baş çəkəndən sonra ordunun əhvalının yüksək olduğunu deyib.

Lorens Broers deyir ki, 2016-cı ilin aprel döyüşlərində olduğundan daha ciddi uğurlar Türkiyə və İsrail dronları vasitəsilə Ermənistan qüvvələrinin hava müdafiəsinin zəiflədilməsi sayəsində əldə edilib.

"Vəziyyətin dəyişkənliyinə baxmayaraq, Azərbaycan qüvvələri xüsusilə cənub tərəfdə təmas xəttini yara biliblər”,– o, sözlərinə əlavə edib.

Məqalədə deyilir ki, bu irəliləyiş Azərbaycan Prezidentinin hücumdan öncəki status kvoya qayıtmasını çətinləşdirir. O, anklavdan və ətraf ərazilərdən qaçmış bir milyonadək azərbaycanlının ümidlərini qaytarıb. Əliyev ötən həftə deyirdi ki, ölkəsi ərazisini "ya sülh, ya da müharibə yoluyla” qaytaracaq.

Zaur Şiriyevin sözlərinə görə, cəbhə xəttindəki Azərbaycan əsgərlərinin döyüş əzmi qətidir, vətəndaşlar arasında isə sülh danışıqlarına qayıtmağa dəstək hiss olunmur.


Oxunub: 300






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim