reklam
USD
8 ℃
EUR
BAKI

BBC Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb: bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır

CANLI TV / 13.10.2020 21:25


BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir. BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək "Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir. Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır. Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar. Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür. Hücum yerli vaxtla gecə saat 2-də baş verib.

Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi? Bu suallarla Prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdik. Hikmət Hacıyev dedi ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir. "Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz?” sualına cavabında Prezidentin köməkçisi deyib: "Hazırda biz atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam eləsələr, dünyadakı bütün dövlətlər kimi, bizim də özünümüdafiə hüququmuz var”.

Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edir və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək "evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər”, - deyir.


Oxunub: 402






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim