reklam
USD
2 ℃
EUR
BAKI

“Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

XƏBƏR / 16.10.2020 21:32
"Azərsu” ilə "Meliorasiya və Su Təsərrüfatı” ASC-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsi, ölkəmizə qarşı hərbi əməliyyatlar aparması, yaşayış məntəqələrində dinc əhalini atəşə tutması və təxribat xarakterli hərəkətləri ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və "Azərsu” ASC-nin rəhbərləri adından Dünya Su Şurasının İdarə Heyətinin üzvlərinə və şurada təmsil olunan təşkilatların rəhbərlərinə müraciət ünvanlanıb.

"Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, eyni zamanda, ASC tərəfindən Beynəlxalq Su Resursları Assosiasiyası, Qlobal Su Təsərrüfatı Liderləri Qrupu, Şəhər Su Təsərrüfatının İdarə edilməsi üzrə Regional Mərkəz, Fransanın "Suez Group” şirkəti və Budapeşt Su İşləri İdarəsi, səhmdar cəmiyyətin alimlərinin əməkdaşlıq etdiyi xarici mütəxəssislər Ermənistanın son təxribatları barədə ətraflı məlumatlandırılıb. 

Müraciətdə qeyd olunub ki, cari il sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Beyləqan, Horadiz şəhərlərinə və cəbhə zonasında yerləşən kənd və qəsəbələri müntəzəm atəşə tutub. Düşmən tərəfin ağır artilleriyadan, ballistik raketlərdən və istifadəsi qadağan olunan kaset tipli mərmilərdən istifadə etməsi nəticəsində 43 mülki şəxs öldürülüb, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 fərdi yaşayış evi yararsız hala salınıb.

Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar prinsiplərə uyğun olaraq adekvat tədbirlər görür.

Müraciətdə qeyd olunub ki, yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində şəhər və kəndlərin su təchizatında da çətinliklər yaranıb. Bəzi yaşayış məntəqələrində hidrotexniki qurğulara, su anbarlarına, subartezian quyularına və paylayıcı şəbəkələrə ziyan dəyib.

Həmçinin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalda saxlamasının regional sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı xüsusi vurğulanıb, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan prinsipial mövqe nümayiş göstərərək Ermənistanın təcavüzkar siyasətinin və təxribat xarakterli fəaliyyətinin pislənməsi barədə çağırış olunub.


Oxunub: 363






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim