reklam
USD
7 ℃
EUR
BAKI

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

REPORTAJ / 17.10.2020 00:09

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumatda belə deyilir.

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı” və "Mahmudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastavalarının xidməti döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib. 

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.

1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.


Oxunub: 404






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim