reklam
USD
8 ℃
EUR
BAKI

SON DƏQİQƏ! Ermənistan Azərbaycana 800 milyard dollar ödəməlidir

REPORTAJ / 14.11.2020 21:10

İngiltərənin BBC informasiya agentliyi üçtərəfli bəyanata uyğun olaraq ermənilərin Kəlbəcərdən təxliyəsi ilə bağlı videoreportaj hazırlayıb. Artıq görünür ki, razılaşma icra olunur, torpaqlarımız müharibəsiz, qan tökülmədən geri qaytarılır. Əslində, bu, Prezident İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə mümkün oldu. Görəsən, millət vəkili Nəsib Məhəməliyev qan tökülmədən torpaqlarımızın yerdə qalan hissəsinin qaytarılmasında Pezident İlham Əliyevin əvəzolunmaz xidmətini necə dəyərləndirir?

"carciTV" onun müsahibəni təqdim edir.

- Tamamilə doğrudur. Azərbaycan, Rusiya prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı bəyannaməyə əsasən, noyabrın 15-nə qədər Kəlbəcərdən erməni qoşunları çıxmalıdır. Ondan sonra, Ağdam və Laçın rayonundan çıxmalıdır. Təbii burada spekluyativ məlumatlar da yer ala bilər. Erməni, Qərb mətbuatının, ələlxüsus Fransanın və Kanadanın tutduğu mövqe Azərbaycan xalqını narahat etməməlidir. Dünya erməniliyi və onlara dəstək verən qüvvələr maksimum çalışırlar ki, bu prosesi yubatsınlar, əngəl torətsinlər. Biz bu günlərdə Fransanın xarici işlər nazirinin verdiyi bəyanatı unutmamışıq. Ancaq əməli işdə real nəticə, təsdiq olunmuş sənəd var və bu sənədə uyğun şəkildə işğal altında olan qeyd etdiyim rayonlar azad olunmalı, qaçqınlar öz yerlərinə köçməli və erməni silahlı qüvvələri Azərbaycan ərazisini birdəfəlik tərk etməlidilər. Şübhəsiz bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətidir, onun göstərdiyi diplomatik səylərin nəticəsidir. Baxmayaraq ki, regionda marağı olan ciddi qüvvələr var və bu qüvvələr də özünə uyğun bir mövqe tuturlar. Amma bütün bunlara baxmayaraq, son ay yarımda olduğu kimi Prezidentin qəti mövqeyi, siyasi iradəsi ortadadır və xalq da onun arxasındadır. Hamı tam əmin ola bilər, bu bəyannamədə göstərilən bəndlər real həyatda öz təsdiqini tapacaq.

- Bu günlərdə Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan deyib ki, "biz bu razılaşma ilə təkcə əraziləri vermədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq. Buna rəğmən, ermənilər Kəlbəcərdən köç edərkən evlərin pəncərələrini söküb, hətta unitazı belə aparmaqdan, apara bilmədikləri hər şeyi yandırmaqdan, məhv etməkdən niyə çəkinmirlər?

- Mən bunu erməni millətinin xisləti ilə bağlayıram. Bu millət müharibədə necə ki, cəbhədən uzaqda yerləşən şəhərlərimizi qadağan olunmuş ballistik raketlərlə bombalayırdılarsa, mülki şəraitdə bu cinayətlərini davam etdirirlər. Əgər biz daha əvvələr getsək, azərbaycanlılar o bölgələrdən çıxanda heç bir pəncərə şüşəsini, tualetin unitazını, yaxud digər əşyaları söküb aparmırdılar, meşələri, evləri yandırmırdılar. Bu, bir daha göstərdi ki, bu millət özünü mədəni göstərməklə, bütün insani keyfiyyətlərdən, əxlaq normalarından uzaqdır. İkinci səbəb bu, azərbaycanlıların doğma torpaqlarıdır, evləridir, əşyalarıdır. Ona görə evdən çıxanda heç nəyi sökmədilər və təbiətə ziyan vurmadılar. Çünki bu doğmalıq burada da özünü göstərdi. Amma ermənilərin etdiyi vəhşiliklər bir daha onu göstərir ki, bunlar yad torpaqlarda məskunlaşıblar. Bu evlər, məişət əşyaları, bu təbiət onlara yaddır. Mən bilmirəm, 50 milyard dolları Ermənistanın keçmiş baş prokuroru haradan götürüb. Amma işğal olunmuş ərazilərdə - Ağdamın, Zəngilanın, Cəbrayılın, Füzlinin Qubadlının, Laçının, Kəlbəcərin, Şuşanın və digər bölgələrin dağıdılması, yerlə-yeksan olunması və mədəni-tarixi abidələrin məhv olunması, üstəlik Zəngilandan, Kəlbəcərdən təbii sərvətlərin, qızıl yataqlarının xarici şirkətlərə verilməsi, vəhşicəsinə istismar olunması, yəni işğal olunmuş ərazilərdə iqtisadi subyektlərə vurulmuş zərərlə ekologiyaya vurulmuş zərər bir yerdə vətən müharibəsinə qədər təxminən 800 milyard dollar civarında hesablanıb. Beynəlxalq təcrübədə bunun hesablanması müxtəlif formulalar əsasında həyata keçirilir. Beynəlxalq təcürbədə 1949-cu ilin Cenevrə Konvensiyasında ekologiyaya, təbiətə, mədəni irsə, mülki insanlara vurulmuş zərər müddəalarda birbaşa göstərilir. Başqa bir tərəfdən, 2001-ci ild BMT Baş Asambleyasının birinci, 2005-ci il BMT Baş Asambleyasının ikinci protokoluna uyğun olaraq hətta əldə olunmayan iqtisadi gəlirlərlə bağlı biz iddia qaldırmalıyıq və qaldıracağıq. Ermənistan vurulmuş iqtisadi zərərlərə, dağıntılara görə də cavab verəcək. Müxtəlif formada ödənmə prosedurları ola bilər. Əgər iqtisadi gücləri imkan vermirsə, bunu torpaqla da əvəzləyə bilərlər. İkinci müharibədə böyük dağıntılar baş verib. Tərtərə, Goranboya, Gəncəyə, Naftalana, Mingəçevirə, Bərdəyə çox böyük ziyan vurublar və bunlar onun üstünə gəlməlidir. Hesab edirəm ki, çox böyük bir vəsait yaranır. Bu vəsait tək Azərbaycan mütəxəssislərinin hesablamalarına uyğun olmayacaq. Biz beynəlxalq komissiyanı dəvət edəcəyik. Beynəlxalq ekspertlərdən ibarət komissiya yerində hər şəhər, rayon, kənd üzrə faktları bir-bir araşdıracaq və yekun nəticədə hesab edirəm ki, çox böyük vəsaiti ittiham qaydasında biz Ermənistandan tələb edəcəyik.

- Bu, çoxsaylı suallar doğurur. Birincisi, bizə lazımdır ki, o qətnaməni əldə edək. Şübhə etmirəm ki biz beynəlxalq məhkəmələrin qətnaməsini alacağıq. İkincisi, yenə deyirəm, o qətnamənin icrası müxtəlif formalarda, yəni kompensasiya, barter ola bilər. Üçüncüsü, həm də bizə mənəvi baxımdan çox lazımdır ki, Ermənistanın başında bizim "Domokl" qılıncımız daim olsun. Yəni son günlərdə Ermənistana və onlara dəstək vermiş ölkələrdə baş vermiş hadisələri izləyəndə bir daha görürük ki, bu millət öz düşmənçilik niyyətlərindən əl çəkməyib, maksimum çalışırlar ki, müəyyən fasilə yaransın, yenidən torparlansınlar və Azərbaycana qarşı həm silahlı, həm də mənəvi terrora başlasınlar. Yəni bu millətin gələcəkdə bir daha bu fikirlərə düşməməsi üçün biz mütləq hüquqi prosedurları həyata keçirməliyik. Bu qətnamə əldə olunmalıdır. Onun iqtisadi cəhətdən kompensasiya olunması digər məsələdir. Ancaq biz bunu mütləq beynəlxalq məhkəmlərə verilməliyik və işğalçı törətdikləri terror, cinayət hadisələrinə görə cavab verməlidir.


Oxunub: 345






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim