reklam
USD
2 ℃
EUR
BAKI

Hikmət Hacıyevdən Polad Bülbüloğluna etiraz

XƏBƏR / 14.11.2020 21:43
Hikmət Hacıyevdən Polad Bülbüloğluna etiraz


"Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz".

"carciTV" xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Polad Bülbüloğlunun rus mediasına müsahibəsi zamanı jurnalistin, Azərbaycanın Rusiyaya məxsus helikopteri vurması ilə bağlı sualına verdiyi cavab Rusiya rəsmilərini hiddətləndirib.

Qeyd edək ki, P.Bülbüloğlu müsahibəsində həmin suala cavab olaraq bunları deyib: "Bu faciəvi bir qəzadır, amma müharibədir və müharibədə də hər şey ola bilər. Azərbaycan tərəfi hadisəyə dərhal reaksiya verdi, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı açıqlama verdi, komissiya yaradıldı, səbəbləri öyrənilir. Səfir kimi, bütün lazımi Rusiya təşkilatlarına ciddi bir araşdırma aparıldığını və bütün tədbirlərin görüləcəyini bildirdim. Sonra liderlər danışdı və indi prokurorluqlar bu xoşagəlməz hadisənin təfərrüatlarını öyrənməyə çalışır. Ancaq bir daha demək istəyirəm ki, belə bir mühitdə hər şey ola bilər. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Azərbaycan tərəfi ailələrə və dövlətə dəymiş bütün zərərləri ödəməyə hazırdır".


Oxunub: 321






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim