reklam
USD
2 ℃
EUR
BAKI

İrəvan sakini: “Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”

CANLI TV / 03.12.2020 21:20
İrəvan sakini: "Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”



Müharibədəki məğlubiyyətdən sarsılan Ermənistanda siyasi sabitlik pozulub.

İnsanlar çox ümidsiz olub. "Sputnik Armenia”nın reportajında da bunu hiss etmək mümkündür.
Azerforum.com Bizimyol.info-ya istinadən xəbər verir ki, erməni jurnalistlər İrəvan sakinlərinə Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ehtimalı barədə sual verib. Cavabların arasında "mümkünsüzdür”, "əleyhinəyəm”, "çox pis baxıram”, "mənə normal görünmür”, "rüsvayçılıqdır” ifadələri eşidilir. Amma fərqli yanaşmalar da var.

"Məndə belə təəssürat var ki, daha biz heç nəyi həll etmirik. Çox ümidsiz vəziyyətdəyik. Təkcə mən yox, çoxu bu fikirdədir. Bu dəqiqə inqilab haqda düşünəndə mənə elə gəlir ki, onda biz teatrın kütləvi səhnələrində iştirak etmişik”, - "Sputnik Armenia”nın reportajı irəvanlı qadının bu sözləri ilə başlayır.

Az sonra başqa bir qadın nikbin danışır: "Ən doğru qərar barışıqdır. İnsan bir dəfə yaşayır. Doğrudanmı insan bu həyatı normal yaşamaq istəməz? Bu torpaq mənimdir, sənindir, nə fərqi var? Avropaya gedəndə insanların necə sakit yaşadığını görəndə təəccüblənirəm”.

50-55 yaşlı kişi deyir ki, hələ 1991-ci ildə bu məsələ müzakirə olunurdu: "Hətta sərhəd-keçid məntəqələri də müəyyənləşdirilmişdi. Amma alınan məsələ deyil”.

Daha bir erməninin fikirlərində ümidsizlik hiss olunur: "Mənə elə gəlir ki, bu bizdən asılı deyil. Böyük dövlətlər qərar verəcək, bizə isə razılaşmaq qalacaq”.

Bir qadının dediklərində isə müharibədə məğlubiyyətin ermənilərin gözünün odunu necə aldığını sezmək olar: "Mən indi Azərbaycandan da, Türkiyədən də qorxuram”.


Oxunub: 350






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim