reklam
USD
14 ℃
EUR
BAKI

"İşğaldan azad edilmiş şəhərlərdən birinə İlhamabad adı verilsin" - Bir qrup ziyalı Prezidentə müraciət etdi

REPORTAJ / 03.12.2020 23:40



Qarabağda erməni işğalından azad edilmiş şəhərlərdən birinə ”İLHAMABAD” adının verilməsi və Şuşa şəhərində möhtəşəm abidənizin ucaldılmasına dair

MÜRACİƏT

Çox hörmətli cənab Prezident!

Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı!

Ordumuzu parlaq tarixi qələbəyə aparan Böyük sərkərdə!

Xalqımıza sonsuz iftixar və qürur yaşadan, Böyük Fateh!

Bu günümüzün və gələcəyimizin əvəzolunmaz siyasi lideri!

İcazə verin, ruhumuzda, düşüncəmizdə az qala xəyala, ilğıma dönmüş doğma Qarabağı yenidən Azərbaycan etdiyiniz, mənfur düşmən üzərində hərbi və siyasi qələbəmizin təminatçısı olduğunuz, bizə sonsuz qələbə sevinci yaşatdığınız, işğal olunmuş torpaqlarımızda heç vaxt enməyəcək üçrəngli zəfər bayrağımızı dalğalandırdığınız üçün Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirək. İftixar hissi ilə bəyan edirik ki, apardığınız dürüst, məqsədyönlü siyasət nəticəsində nəinki 30 ildən bəri öləziməkdə olan ocaqlarımızı yenidən alovlandırdınız, həm də üzülməkdə olan ümidimizi, tükənməkdə olan arzularımızı, tapdanmış şərəfimizi, ləyaqətimizi özümüzə qaytardınız. Əslinə qalsa, işğalda olan tək əzəli Azərbaycan torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan deyildi, Azərbaycan ziyalısının qüruru, Azərbaycan əsgərinin şərəfi, şəhidlərimizin sərgərdan ruhu, Azərbaycan vətəndaşlarının ən müqəddəs arzuları idi.

Cənab Ali Baş Komandan!

Komandanlığınız altında Azərbaycan əsgərinin 27 ildən sonra düşmən üzərində qələbə çalması xalqımızın qəhrəmanlıq salnaməsinin son 200 ildə yazılan ən şanlı səhifəsidir. Bu müqəddəs qələbə düşmənin çürük təfəkküründə illərdən bəri kök salmış mifik "Böyük Ermənistan” ideologiyasını, "yenilməz Ermənistan ordusu” fikrini, "keçilməz Ohanyan səddi”ni qısa müddətdə darmadağın edib tarixin arxivinə verdi. İnanırıq ki, rəhbərliyiniz altında qazanılmış bu zəfər salnaməsi tarixçilərimiz tərəfindən dərindən araşdırılacaq, tarix və hərbi dərsliklərə salınacaq, dünya hərb tarixinin ən parlaq və uğurlu səhifəsi kimi tədqiq ediləcəkdir.

Sizin kimi rəhbəri olan bir ölkədə yaşamağımızla, Sizin rəhbəri oduğunuz bir olkənin vətəndaşı olmağımızla qürur duyduğumuzu məmnunluq hissi ilə ifadə edirik. İnanırıq ki, erməni faşizmi, insanlara kin, nifrət püskürən mənfur erməni ideologiyası üzərində çalınan bu parlaq qələbə ölkəmizin beynəlxaq miqyasda artan siyasi nüfuzuna yeni rəng, yeni çalar qatacaq, dövlətimizin artmaqda olan iqtisadi qüdrətini daha da gücləndirəcəkdir. Hesab edirik ki, özünü Azərbaycan vətəndaşı sanan, qanunlarımıza hörmət edən milliyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına bu inkişafdan pay düşəcəkdir.

Əminliklə bildiririk ki, çox yaxın zamanlarda Sizin rəhbərliyiniz və qayğınız sayəsində işğaldan azad olunmuş bu cənnət diyarın hər bir guşəsi nəinki bölgədə, bütövlükdə dünyada turizmin ən yüksək səviyyədə inkişaf etdiyi bir məkana çevriləcəkdir. Bir sözlə Qarabağımızda sülhün və əminamanlığın bərqərar olaraq nümunə rəmzinə çevriləcəyi gün olduqca yaxındadır. Düşmənlərimiz də anlayacaqlar ki, müdriklərin dediyi kimi "Sülh tacı səltənət tacı ilə müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir”.

Möhtərəm cənab Prezident!

Eyni zamanda məmnunluqla qeyd etmək istəyirik ki, böyüklüyünüz, apardığınız düzgün siyasət nəticəsində xalqımızın çoxdan ehtiyacı və arzusunda olduğu milli birliyə nail ola bildiniz. Bu, bir daha Sizin əvəzsiz liderlik qabiliyyətinizi, bənzərsiz rəhbər olmanızı təsdiqlədi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bəyan etdiyiniz kimi, işğaldan azad olunmuş şəhər və kəndlərin yenidən qurulması üçün baş plan hazırlanır. Dağıdılmış şəhər və qəsəbələr, xarabazarlığa çevrilmiş infrastruktur yenidən qurulur. Biz – bu müraciəti imzalayanlar Azərbaycan jurnalistikasının təmşilçiləri olaraq hesab edirik ki, Qarabağda erməni işğalından azad olunmuş şəhərlərdən birinə "İLHAMABAD” adının verilməsi, eləcə də qədim Şuşa şəhərində möhtəşəm abidənizin ucaldılması hər bir Azərbaycan vətəndaşının ürəyindən olardı. İnanın səmimiyyətimizə, bu, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arzusu, istəyi və iradəsinin ifadəsidir. Bu, QURUCU PREZİDENT, XİLASKAR LİDER  və MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN olaraq Sizin halal haqqınızdır.

Dərin ehtiramla:

Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor

Nəsir Əhmədli, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Vüqar Əliyev, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist     

Elşən Qəniyev, müstəqil jurnalist, publisist, ssenarist

Zərbalı Mirzə, "İnşaatçı” qəzetinin baş redaktoru, əməkdar jurnalist

Flora Xəlilzadə, Prezident təqaüdçüsü, əməkdar jurnalist

Qüdrət Piriyev,  "Xalq qəzeti”nin baş redaktorunun birinci müavini, əməkdar mədəniyyət işçisi

Akif Aşırlı, "Şərq” qəzetinin təsisçisi və baş redaktoru, əməkdar jurnalist


Oxunub: 356






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim