reklam
USD
8 ℃
EUR
BAKI

Putinlə Ərdoğanın QARABAĞ RAZILAŞMASI - Faktlar ÜZƏ ÇIXDI

REPORTAJ / 04.12.2020 21:43



O gün - noyabrın 10-u, gecə saatlarında Qarabağın taleyi həll olundu. Münaqişənin həllində Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın rol oynadığı iddiaları doğrudurmu? Həmin gün biz bilmədiyimiz nələr yaşandı? 

44 günlük Vətən müharibəsində Ermənistanı onun 1 nömrəli hərbi-strateji müttəfiqi Rusiya belə, müdafiə etmədi. Doğrudur, şimal qonşumuzun müdaxiləsi üçün hüquqi əsas yox idi. Ancaq o da məlumdur ki, Moskva istəyəndə hansısa bəhanəni asanca tapır. Lakin buna getmədi. Nəticə isə 30 ildir "göylə gedən”, özündənrazı işğalçı tərəf üçün əsl fəlakət oldu.

Hazırda bütövlükdə erməni toplumu hərbi-siyasi kapitulyasiyaya görə daha çox  Rusiyanı, Qərbi suçlayırlar. Hətta guya Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın olması haqda iddialar tirajlanmaqdadır. Hazırda Azərbaycana, Türkiyəyə, hətta Rusiyaya hədə biçənlər heç də az deyil.

Qısası, hamı günahkardır, bircə ermənilərdən və on illər boyu onları labüd faciəyə aparanlardan savayı. Halbuki Ermənistan artıq sonuncu "dayanacağa”, haqq etdiyi nöqtəyə gəlib çatıb. İndi bədnam qonşular öncə buradan hara getmək barədə dərindən fikirləşməli, düzgün seçim etməlidirlər, nəinki Ermənistandan kənarda günahkar axtarışına çıxmalıdırlar. Əks halda, fəlakətin davamı gələcək. Mütləq gələcək.

Bir də ki, havayı pendir yalnız tələdə olur. Yəni heç kim erməniyə qaraqaş-gözünə görə kömək əli uzadan, Ermənistanı quyunun dibindən çıxaran deyil. Bundan ötrü erməni xalqının, Ermənistanın bunun qarşılığında konkret verəcəkləri, imtina edəcəyi olmalıdır. İrəvan iqtisadi tərəqqi naminə nələrdənsə vaz keçməlidir. Özü də rəsmi şəkildə.  Bəs, nələrdən?

O da hamıya ayındır ki, Ermənistanın dövlət və cəmiyyət olaraq qurtuluşu Azərbaycan və Türkiyənin əlindədir. Əgər rifah içində və təhlükəsizlikdə yaşamaq istəyirsənsə, o zaman zəhmət çək, nələrindənsə vaz keç, bədəl ödə. Ermənistanı biz vurub-yıxdıq, biz də ayağa qaldıra bilərik. Amma qarşılığı olmalıdır...

 "Qarabağ müharibəsi zamanı Paşinyan, Əliyev, Ərdoğan və Putin arasında bəzi gizli razılaşmaların olduğu barədə erməni mətbuatının tirajladığı məlumatlar tamamilə yalandır. Bu axmaqlığı erməni KİV-ləri uydurublar” -  rusiyalı politoloq İqor Korotçenko belə deyib.

Məsələ də bu "yağlı nöqtə”nin "həzm olunmasında”dır. Daha dəqiqi, Ermənistan və onun qəzəbli toplumu hazırda post-müharibə dövrünün kritik seçimi ilə üz-üzədir. Ermənilər 2 il yarım öncə əlləri üstdə hakimiyyətə gətirdikləri Nikol Paşinyana əvəz, yeni lider axtarışındadır. Ancaq aydındır ki, ölkədə fəlakət komandaları bir-birini əvəz etdikcə xilas yolu da tapılmayacaq.

"Hazırda Ermənistanın və erməni xalqının dünyadakı imici mənfidir”.

Nə qədər qəribə də olsa, belə bir etirafı Ermənistan prezidenti Armen Sərkisyan ötən günlərdə erməni portalına verdiyi müsahibədə deyib.

"Ermənistan həqiqətən dərin iqtisadi və siyasi böhran içindədir. Yalnız Ermənistanda deyil, ümumilikdə bütün xalq dərin mənəvi-psixoloji böhran yaşayır. Həmçinin Ermənistanla əlaqəli xarici böhranımız var beynəlxalq münasibətlərdən dolayı. Çünki hazırda ölkəmizin və xalqımızın imici dünyada o qədər də müsbət deyil. Biz həm də ictimai müharibəni uduzmuşuq”, - Sərkisyan bildirib.

Bəs səbəblər? Bir dəfə yazmışdıq, yenə xatırladaq ki, erməni xalqı öz liderlərini deyil, ən əvvəl özünün düşüncə tərzini, faşist təfəkkürünü dəyişməlidir, Türkə qarşı nifrətinə son qoymalıdır, dünyaya, beynəlxalq birliyə, beynəlxalq hüquqa sayğılı olmalıdır. Əks təqdirdə, heç kim ona qarşı sayğılı olmayacaq. Necə ki, deyil...


Oxunub: 763






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim