reklam
USD
7 ℃
EUR
BAKI

Bu ermənilər Kəlbəcərə NİYƏ QAYITDI? - Düşmənin ŞOK PLANI ÜZƏ ÇIXDI

CANLI TV / 05.12.2020 01:05




Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır:

- Kəlbəcər noyabrın 25-də Azərbaycana təhvil verilib, erməni keşişlər orada nə gəzir?

Erməni keşişlər ibadət etmək üçün Rusiya sülhməramlıları vasitəsilə icazə istəyib və icazə verilib. Azərbaycanın bütün dini inanclara hörmət edən ölkə kimi bunu etməsi həm təbiidir, həm də "Qarabağda xristian abidələri dağıdılır” kimi iddialar üzərindən edilən hücumlara qarşı siyasi gedişdir;

- Erməni keşişlərlə niyə mübahisə yarandı?

Erməni keşişlər alban-udi icmasının ibadətinə çəkiliş olmadan icazə verəcəklərini deyiblər. Əslində onların belə həyasızlığı ciddi şübhələrə yol açır:

1. Ermənilərin belə həyasızlıqla Qərbdən başlanan, xüsusilə Fransanın rəhbərlik etdiyi "Qarabağda xristian irsi” kampaniyasına əsas vermək üçün "azərbaycanlılar monastra hücum edir” görüntüsü yaratmaq istəyi istisna deyil;

2. Xudavəngə erməni keşişlərin gəlişi siyasi-hərbi məqsədə xidmət edir;

Birinci məqam məsələnin görünən tərəfidir, ikinci gerçək niyyət haqda ehtimalı önə çıxarır.

Və bu, erməni keşişlərin Kəlbəcərdən çıxandan sonra dini ayin adı altında yenidən ora qayıtmasının səbəblərinə diqqət çəkir:

Casusluq: hələ orta əsrlərdə müxtəlif imperiyaların tərkibində pərakəndə formada yaşayan ermənilərin din adamlarının əsas missiyası casusluq olub və bu missiya günümüzə qədər davam edir. İndi onların Kəlbəcərə dini ayin adı altında qayıdışının bölgədəki vəziyyətlə bağlı informasiya toplamaq məqsədi daşıdığı şübhəsizdir.

Xudavəngdə nə gizlədilir?: SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi 1980-ci illərin sonlarında erməni kilsələrinin birinin zirzəmisindən 6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və digər silah-sursat tapmışdı. Qarabağda erməni separatizminin başlanması ərəfəsində erməni kilsələri silah anbarı kimi istifadə olunurdu. Və yaxın tarixin bu faktları Xudavəngdə silah-sursatın gizlədilməsi ehtimalını önə çıxarır.

Qriqoryanlığın dindən çox, erməni ideologiyasına xidmət etdiyi, erməni terrorunun da məhz erməni kilsəsindən bəhrələndiyi məlumdur. O da məlumdur ki, I və II Qarabağ müharibələrində erməni keşişlər əllərinə silah alaraq, azərbaycanlılara qarşı döyüşüb. "Böyükdən kiçiyə qədər türkləri öldürün” şüarı erməni kilsəsinə məxsusdur.

Bütün dinlərə hörmət etdiyimiz kimi, ermənilərin də inancına hörmət etmək olar, ehtiyatı əldən verməmək şərti ilə...(Publika.az)


Oxunub: 338






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim