reklam
USD
3 ℃
EUR
BAKI

Xankəndidə ermənilərin YENİ HOQQALARI: cinayətkar Arayik və dəstəsi nəyə arxayındır?

XƏBƏR / 05.12.2020 15:24



Tofiq Zülfüqarov: "O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır”

Ermənilərin Dağlıq Qarabağda qalması onları yaman həvəsləndirib. Hətta dekabrın 1-dən sonra da "artsaxın özünü müdafiə ordusu”ndan danışmağa başlayıblar.

"carciTV" xəbər verir ki, onların varlığını sübut edən fakt "özünümüdafiə ordusunun iki hərbçisi”nin Qarabağın şərqində baş verən partlayış nəticəsində ölməsidir. Paralel olaraq isə oyuncaq qurumun başçısı, haqqında cinayət işi açdığımız Arayik Aryutyunyan Ermənistanın müdafiə nazirini qəbul edir, görüşlər keçirir, "fərmanlar” verir, yeni "nazirlər” təyin edir.

Azərbaycanın qanuni ərazisində qanunsuz erməni hərbi birləşmələri daha nə qədər mövcud olacaq? Rus qoşunlarının Qarabağda yerləşməsindən sonra erməni siilahlı birləşmələri bu ərazilərimizi tərk etməliydi. Amma faktiki olaraq mövcudluqlarını saxlayıblar.

Əslində "artsax” rejimi bütün quldur dəstəsi ilə şələ-şüləsini yığıb İrəvana rədd olmalıydı. Ardınca rus mətbuatı, həmçinin ABŞ-ın "The New York Times” qəzetinin əməkdaşı Xankəndidə hazırladığı reportajda yazır ki, orada qalan ermənilərə Rusiya pasportu paylanacaq. Amma bu, ağızdan eşidilən və yaxud bir müxbirin qulaq verdiyi söhbətlərə istinad əsasında reportajı ola bilər. Çünki Qarabağın Rusiya ilə sərhədi yoxdur.

Hazırda Azərbaycanın Xankəndi şəhərində və rus sülhməramlılarının qoruduğu ərazidə qondarma "dqr”in bayraq əvəzi əski parçası hələ də qalmaqdadır. Hazırkı "taym-aut”dan istifadə edən erməni təbliğat vasitələri isə bu faktı manipulyasiya etməyə başlayıblar. Araik Arutyunyan da özünü "dqr prezidenti” kimi təqdim etməkdə davam edir.

Hətta separatçı-terrorçu Ermənistanda fəaliyyət göstərən mobil operator təmsilçiləri ilə görüşüb. Onlara Azərbaycanın Qarabağ bölgəsində "tam fəaliyyət” (rominqsiz nəzərdə tutulur – E.S.) təklif edilib. O bəyan edib ki, 2021-ci ildən "dqr” Ermənistandakı xidmətlə birləşdiriləcək, rominq xidməti ləğv ediləcək.

Göründüyü kimi, təxribat xarakterli addımlar davam etməkdədir. Bəs bu separatçı erməni hərbi birləşmələri nə zaman ərazilərimizdən çıxacaqlar?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bütün bunlar təxribat məqsədi daşıyan bəyanatlar və məlumatlardır. Onun sözlərinə görə, erməni tərəfi bu situasiyadan sui-istifadə etməkdədir.

Politioloq hesab edir ki, münaqişənin həllində Ermənistan dövləti faktoru aradan götürülüb: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün böyük hissəsi aradan qaldırılıb və sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir. Yəni oradakı xarici ölkələrə məxsus silahlı birləşmələr evakuasiya olunmalıdır. Qalan məsələlər isə bərpa olunmuş sərhədimizdə beynəlxalq səviyyədə danışıqlarla ola bilər. Məsələn, Naxçıvana gedilən yol və sair səpkidə danışıqlar mümkündür. Amma qalan tərəflər getməlidirlər. Çünki bura Azərbaycanın suveren ərazisidir”.

Sabiq nazirin sözlərinə görə, orada qalan prosesləri üçlük formatında həll edirik: "Yəni Rusiya-Türkiyə və Azərbaycanın iştirakı ilə qalan məsələləri həll edəcəyik. O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Həmin qoşunlar çıxarıldıqdan sonra yerli əhalinin qeyri-qanuni hərbi birləşmələrini müəyyən edərək tərk-silah etməlidirlər. Üçtərəfli sazişin məntiqinə uyğun olaraq təhlükəsizlik funksiyası ordumuza, müşahidəçilərə və sülhməramlılara məxsusdur. Digər tərəf yoxdur, ola da bilməz! Ona görə qeyri-qanuni hərbi birləşmələr tərki-silah olmalıdır. Bu iş bitdikdən sonra digər proseslərə keçəcəyik – iqtisadi, siyasi, humanitar sahədə məsələlərin başlanması gözlənilir. Məqsəd Azərbaycanın suverenliyinin bərpasıdır. İnsanların tez-tez verdiyi suallardan biri bayraqdır. Bayraq suverenlik hüquqlarının rəmzidir. Amma suverenliyi təşkil edən məsələlər var. Bura valyuta, kommunal işlərin təşkili, işə götürmək məsələləri daxildir. Bu işlər də addım-addım reallaşdırılacaq”.


Oxunub: 317






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim