reklam
USD
3 ℃
EUR
BAKI

İtaliya deputatları Gəncədə Ermənistanın hərbi cinayətləri ilə tanış olublar

XƏBƏR / 06.12.2020 14:52



İtaliya deputatları Gəncədə Ermənistanın hərbi cinayətləri ilə tanış olublar
İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Gəncədə olub.

"carciTV” xəbər verir ki, deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət ediblər.

Qonaqlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gediblər.

Əvvəlcə nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüb.

Bildirilib ki, səfərin məqsədi parlamentariləri oktyabrın 11-də və 17-də gecə saatlarında cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Ermənistan ordusunun oktyabrın 11-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U”, "Smerç”, "Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib. Həmin günlərdə atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu uzaqdan seyr etməklə kifayətlənib.

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti bildirib ki, İtaliyanın müxtəlif siyasi qüvvələrini təmsil edən parlament nümayəndələrinin Gəncə şəhərinə səfərinin başlıca məqsədi 30 il sürən müharibənin ağrılı nəticələrini görmək və günahsız insanların həlak olduğu bu məkanı ziyarət etməkdir. "Əlbəttə, bu gördüklərimiz müharibənin çox ağrılı nəticəsidir. Burada günahsız insanlar və uşaqlar həlak olub. Lakin biz çox məmnunuq ki, Azərbaycanın artıq beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri bərpa olunub. İndi isə bu məsələnin daha bir çətin mərhələsi başlayır. Belə ki, insanları vaxtilə yaşadıqları yerlərə qaytarmaq üçün bütün bu ərazilərdə bərpa işlərinə başlanılır. "Azərbaycan–İtaliya dostluq əlaqələrinə əsaslanaraq deyə bilərəm ki, müharibə nəticəsində ölkənin ziyan çəkmiş ərazilərinin dirçəldilməsində biz də öz dəstəyimizi göstərəcəyik”, - deyə o qeyd edib.

Nümayəndə heyəti erməni faşizminin izləri ilə tanış olub, düşmənin raket hücumu nəticəsində doğmalarını, ailə üzvlərini və yaxın qohumlarını itirənlərin faciələrini dinləyiblər. Qeyd edək ki, İtaliya parlamentinin nümayəndələri bu gün Ağdam rayonuna səfər edəcək, işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar.


Oxunub: 355






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim