reklam
USD
14 ℃
EUR
BAKI

Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınların qorxusu...

MARAQLI / 14.12.2020 10:55
Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınların qorxusu...



"Daha çox yaşlı qadınlar belə yanaşırlar. Mən artıq nənəyəm, ginekoloqda nə işim var? Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınlar da ginekoloqa getməkdən qorxurlar. Düşünürlər ki, həkimə gedərəm, nə isə problem çıxar, axı ərim yoxdur, deməyəcəklər ki, bu, nədən yaranıb?

Amma problem bu gün üzə çıxıbsa, o demək deyil ki, elə indi münasibət qurduğun üçündür. Bu xəstəliklər uzun müddət orqanizmdə olur, ancaq ağırlaşanda gözlə görünəcək səviyyə gəlir. Uşaqlıq boynu xərçənginin yoluxmadan sonra inkubasion dövrü 25 il çəkə bilər. Xanım o virusa bu gün yoluxubsa, xəstəlik 15 il sonra da baş qaldıra bilər. Erkən addımlarda balaca bir müayinə, müalicə, yaxud xırda biz kəsiklə biz onun qarşısını ala bilərdik”.

Bu fikirləri onkoginekoloq Günay Məmmədbəyli müsahibəsində açıqlayıb. O qeyd edib ki, bu gün Azərbaycanda qadınların ginekoloji orqanlar və əsasən də uşaqlıq boynu xərçənginin müalicəsinə gecikməsində əsas amillər müəyyən yaşdan sonra ginekoloqa getməyi belə deyək, yaşlarına, abırlarına yaraşdırmamalarıdır.Onkoginekoloji problemlərdən əziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismi sonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.

"Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çox xanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə, həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaks dövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonra doğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyə gedim?” deyənlər də olur.

Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərin çoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45 yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərinin xərçəngi daha yaşlı qadınlarda olur.

Qadınlar məlumatsızdırlar ki, klimaks dövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqim qalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadın kəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir” demək də olmaz, çünki müxtəlif səbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğu dəqiq bilinsin”.kaspi.az  


Oxunub: 626






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim