reklam
USD
20 ℃
EUR
BAKI

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

CANLI TV / 17.12.2020 21:12



1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu.

Ermənilərin "könlünü almaq üçün” Rusiya K(b)P-nin Qafqaz Bürosunun təkidi ilə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur mahalının bir hissəsi (3.637 kv. verstlik hissəsi) Ermənistana verildi. Halbuki Paris Sülh Konfransı ilə bu ərazi ADR-nin beynəlxalq hüquqla tanınan ərazisi kimi göstərilmişdi.

Maraqlıdır, bu qanunsuzluğun ləğvi proseduru beynəlxalq hüquqa görə necədir?

Məsələ bağlı açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycan indiki halda Zəngəzur məsələsini beynəlxalq müstəvidə aktuallaşdıra bilər:

"Zəngəzurun hansı şərtlərdə, nəyin qarşılığında Ermənistana verilməsi məlumdur. SSRİ Ermənistanın sovetləşməsi qarşılığında Zəngəzuru heç bir hüquqi əsas olmadan, ən əsası da Azərbaycan xalqının razılığı olmadan verib. Bu rəsmi sənədlərdə də var.

Digər tərəfdən, Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin ərazisi rəsmi şəkildə təsdiqlənib. Zəngəzur mahalı da ADR ərazisi kimi qəbul edilib. Bu və digər rəsmi tarixi sənədlərlə məsələni BMT miqyasında, MDB və digər beynəlxalq təşkilatlarda səsləndirə bilərik”.

Hüquqşünas bildirib ki, bu prosesin nə qədər uğurlu və ədalətli olacağını demək çətindir:

"Buna baxmayaraq, biz ən azı dünya ictimaiyyətinin diqqətini bu mövzuya yönəldə, bu istiqamətdə böyük bir prosesə başlaya bilərik. Əsas məsələ də odur ki, dünyaya əslində Ermənistanın necə yarandığı və 1918-ci ildə beynəlxalq aləm tərəfindən tanınan ərazilərimizin bir hissəsinin qanunsuz olaraq, referendum keçirilmədən, xalqın razılığı olmadan ermənilərə necə verildiyini sübut edə bilərik. Gerisi isə gələcəyin işidir”.


Oxunub: 401






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim