reklam
USD
12 ℃
EUR
BAKI

Müdafiə Nazirliyi könüllülərin tərxis olunması ilə bağlı açıqlama verdi

XƏBƏR / 22.12.2020 02:13


Vətən Müharibəsinin başlaması ilə əlaqədar könüllü şəkildə səfərbərliyə yazılan şəxslərin ailələri "MediaPost"a müraciət ünvanlayıb.

Vətəndaşlar bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalanmasına baxmayaraq, hələ də bəzi şəxslərin tərxis edilmədiyini bildiriblər.

"carciTV"  xəbər verir ki, "MediaPost" sözügedən şikayətlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirilib ki, tərxislə bağlı suallara Müdafiə Nazirliyi cavab verməlidir.

Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov "MediaPost"a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Prezidentin sərəncamına əsasən, tərxis edilməli olan şəxslər siyahısına daxil olan hərbi qulluqçuların sənədləri səfərbərliyə təqdim edilir. Səfərbərlik bizə həmin sənədləri göndərən kimi onları tərxis edirik".

Orduda xidmət aparan könüllülərin aprel ayına qədər tərxis edilməyəcəyi ilə bağlı suallara da cavab verib:

"Bütün bunlar dildən-dilə ötürülən məlumatlardır. Cənab Prezidentin, Ali Baş Komandanın bununla bağlı sərəncamı olacaq. Həmin sərəncama uyğun olaraq növbəti mərhələdə kimlər sərəncama düşəcəksə, onlar da tərxis olunacaq".

Hərbi ekspert Ramil Məmmədli də tərxisin növbəti mərhələsi ilə bağlı öz ehtimallarını bölüşüb:

"Yeni çağırışdan (yanvar) sonra hər şey öz qaydasında olarsa, ehtimal edirəm ki, könüllü gedənlərin tərxis edilməsi ilə bağlı məsələyə baxılacaq".

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev tərxislə bağlı sərəncam imzalamışdı.


Oxunub: 459






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim