reklam
USD
3 ℃
EUR
BAKI

“Zəngəzurdan vaz keçməyəcəyik” – Bəyanat

XƏBƏR / 22.12.2020 21:31



Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti (ADQC) 1948-1953-cü illərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiya edilməsinin növbəti ildönümü ilə bağlı bəyanat yayıb.

"carciTV" xəbər verir ki, sözügedən bəyanatda erməni millətçiliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətindən bəhs edilir.

ADQC xatırladır ki, indiki Ermənistandan azərbaycanlıların deportasiya dalğalarından biri 1947-ci il dekabrın 23-də SSRİ lideri İ.V.Stalinin "Ermənistan SSRİ-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” adlı mürtəce qərarı altında pərdələnib və nəticə etibarı ilə 100 minlərlə türk 1948-1953-cü illərdə Qərbi Azərbaycandan sürgün, əslində isə genosid siyasətinə məruz qalıb.

Bu anti-insani və anti-bəşəri akt nəticəsində sürgünə məruz qalan insanların böyük bir hissəsi təbiət və iqlim səbəblərindən sürgün edildiyi ərazilərdə həyatını itirib.

Cəmiyyət həm 1948-1953-cü il deportasiyası, həm də 1988-ci ilin noyabr-dekabr aylarında baş verən qanlı sürgün aktının əslində Azərbaycan xalqına qarşı əsası 200 il əvvəl Çar Rusiyası tərəfindən qoyulan, SSRİ zamanı davam etdirilən anti-türk və anti-islam siyasətinin davamı, əsas məqsədin isə bölgədə ermənilər üçün daha münasib şərait yaratmaq olduğunu vurğulayıb.

Məhz 1988-ci ilin noyabr-dekabr aylarında baş verən qanlı sürgün aktı nəticəsində 300 mindən çox azərbaycanlı ata-baba yurdundan qovulub.

Deportasiya Qurbanları Cəmiyyəti xatırladıb ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 1997-ci ilin dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalanıb.

Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işlər görülməsini nəzərdə tutub.

ADQC qeyd edib ki, yüz minlərlə insanın Qərbi Azərbaycandan deportasiya edilməsinə baxmayaq bu gün də öz ata-baba vətənlərinə qayıtmaq uğrunda mübarizə aparır. Günün birində İrəvan, Göyçə, Zəngəzur, Vedibasar, Zəngibasar daxil olmaqla bu torpaqlara dönəcəyinə birmənalı inanır. Eyni zamanda təşkilat Azərbaycan türkünün bu tarixi ərazilərini unutdurmamaq, gənc nəslə onu təbliğ etdirmək istiqamətində iş aparır.

Deportasiya Qurbanları Cəmiyyəti bu ilin sentyabrın 27-də Azərbaycan torpaqlarının erməni işğalçılarından təmizlənməsi uğrunda başlanmış 44 günlük Vətən Müharibəsində Azərbaycan dövlətini birmənalı dəstəklədiyini xatırlatmaqla yanaşı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dekabrın 10-da Bakıdakı Azadlıq meydanında keçirilən Zəfər paradı zamanı çıxışını birmənalı müdafiə edir.

Deportasiya Qurbanları Cəmiyyəti xüsusilə, Ali Baş Komandanın çıxışı zamanı İrəvan, Göyçə və Zəngəzur haqqında fikirlərini yüksək qiymətləndirməklə eyni zamanda bildirir ki, bu tarixi torpaqlarımız uğrunda mübarizədən heç zaman imtina etməyəcək.


Oxunub: 336






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim