reklam
USD
3 ℃
EUR
BAKI

Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirib

XƏBƏR / 25.12.2020 22:08



Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.

"carciTV" xəbər verir ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.

Prezidentin köməkçisi 2013-cü ildə ölkəmizdə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini, qanuna əsasən mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.

Daha sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıblar. Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuraları yaradarkən diqqət yetirməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Hikmət Hacıyev çıxış edərək, qısa müddət ərzində ictimai şuraların yaradılması prosesinə başlanılması, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə şəffaf və obyektiv seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ictimai şuralarda müstəqil və təcrübəli şəxslərin təmsil olunmasına üstünlük verilməsinin, yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın təmin edilməsinin, ictimai şuraların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq təlim proqramlarının təşkil edilməsinin, ictimai şuraların iclaslarının mütəmadi keçirilməsinin, şuraların işində şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.


Oxunub: 405






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim