reklam
USD
17 ℃
EUR
BAKI

DOST İTKİSİ YAMAN OLUR… ALLAH RƏHMƏT ELƏSİN!

CANLI TV / 27.12.2020 17:26


Deyirlər, dostlar təkcə pis gündə deyil, fərəhli anlarda da tanınırlar. Haqqında sözhbət açacağımız Əli Dadaşov da həmkarlarının uğurlarına şərik olmağı bacaran, xoş sözləri əsirgəməyən, cavanları axtarışlara, yaradıcılığa ruhlandıran, həvəsləndirən peşəkar idi. Onunla ünsiyyətdə olmaq həmişə asan və maraqlı idi.
Haqqında danışmaq nə qədər rahat olsa da, bu gün onu xatirələr işığında yada salmaq bizim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız apardı. Qapılarımızın Yeni təqvim ilinə açıldığı bir qış günü ömür qapısı üzünə əbədi bağlandı.
2020-ci ilin 22 dekabrı... O acı xəbəri mərhumun əmisi oğlu Cəmil müəllimdən eşidəndə sanki yerimizdə donub qaldıq. Bir anlıq yuxuda olduğumuzu zənn etdik. Telefonun uzaq məsafəsindən gələn aydın səs hələ də qulağımızdan getmir: "Qardaş, dünən əmi oğlum Əli rəhmətə gedib...". Nə etmək olardı? Bu, acı həqiqət idi. Təəssüf etməkdən, qəhərimizi içimizdə boğmaqdan başqa əlimizdən bir şey gəlmirdi.
"Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən əsl dost kimi xatırlayıram Əlini. Müdriklərdən biri deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O mənim üçün məhz belə bir dost idi” deyə kövrək, həm də boğuq səslə fikrini bizə çatdırdı.
Cəmil müəllim onu da bildirdi ki, 1957-ci ildə anadan olmuş Əli Dadaşov orta məktəbi Sumqayıtdakı orta məktəblərdən birində oxuyub, ali təhsilini isə Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirib. İdmanın boks növü üzrə məşğul olub. Elə ömrünü də bu sahəyə həsr edən Əli hərbçilər arasında keçirilmiş turnirdə uğurlu çıxış edərək qalib gəldiyinə görə onu hərbi xidmətdən azad etmişdilər. Əslində Pirəküşküldəki hərbi hissədə xidmət etməli idi. Qeyd etdiyim kimi, idman sahəsində uğurlu çıxışlar etdiyinə görə ona güzəşt etmişdilər.
Fikirlərini bizimlə həyəcanla bölüşən C.Dadaşov onu da vurğuladı ki, Əli xeyli əvvəl boks üzrə "SSRİ İdman ustası” fəxri adını alıb.SSRİ kubokunun sahibi və dəfələrlə beynəlxalq turnirlərin qalibi seçilib. 20 sentyabr 2001-ci ildə rəhmətə getmiş atası (Cəmil müəllimin əmisi) Qardaşbala Dadaşov Sumqayıtda polis rəisi işləyib.
Əli Dadaşovun idmanın bu növü üzrə xeyli yetirməsi olub. Onların xoş soraqları müxtəlif yarışmalardan gəlir. Həmişə yetirmələrinin sevincinə, qalibiyyətinə hamıdan çox sevinirdi Əli. Bəlkə də onu yaşadan bu uğurlar və onların gətirdiyi sevinc hissləri idi...
Çox dostcanlı, qohumcanlı, xeyirxah olub. Dadaşovlar nəslinin sayılıb-seçilən üzvü kimi həmişə çalışırdı ki, yaxşılıq etsin, bu nəslin adını yüksəkliklərə qaldırsın. İdmanda qalib olduğu kimi! Nəslin gözü idi Əli. Anası Təhminə xanıma, övladlarına, qardaşları Samir və Ceyhuna, ümumiyyətlə, qohum-qardaşa,bütün Dadaşovlara qarşı xüsusi diqqət göstərirdi.
Biz Cəmil müəllimi illərdir yaxından tanıyırıq. "Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru kimi özünün xeyirxahlığını, nəcibliyini daim nümayiş etdirib. Görünür, nəslin qanındadır bu xüsusiyyət. Bu illərdə sevincimizi paylaşmağı, dərdimizə şərik çıxmağı bacarmışıq. İllərin sınağından mətinliklə çıxmışıq. Əli də xasiyyətcə ona oxşayırdı. Cəmil müəllim danışdıqca elə bilirik ki, mərhum Əli ilə Cəmil müəllimin xasiyyətində eynilik var: "Son zamanlar düşdüyümüz durum, yəni pandemiya dövrünün düçar etdiyi mövcud vəziyyət ailələri, qohumları bir-birindən uzaqlaşdırıb. Buna baxmayaraq, tez-tez görüşə bilməsək də, bir-birimizdən hal-əhval tutardıq. Hər dəfə də "özündən muğayat ol", - deyə mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq da, heyif ki, onu qoruya bilmədik”.
Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki, kəndə qayıtsın, çox sevdiyi dağlarının gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin…
63 illik bir ömür yaşadı Əli Dadaşov. Lakin şərəfli bir yol keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları itirdiklərindən çox oldu. Onu yuxarıdakı fikirlərində bizimlə bölüşüb Cəmil müəllim. Uğurları hələ də davam edəcəkdi. Biz də bu sevincə şərik olduğumuzu bildirəcəkdik.
Dostları, yaxınları hələ onu ürəklə təbrik etməyə macal tapmamış əcəl ürəyinə hakim kəsildi. Nə edək ki, sonrakı sevincini onunla bölüşə bilmədik. Yoxluğu isə yaman sarsıtdı bizi. Artıq bir neçə gündür ki, Əli Qardaşbala oğlu Dadaşov aramızda yoxdur. Nə yaxşı ki onunla bağlı isti xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Onu yola salmağa başqa vaxt olsaydı, bəlkə də çox adam gələrdi, amma mövcud pandemiyanın ağır fəsadlarını yaşadığımız dövrdə elə yaxınları, ailə üzvləri vidalaşırdı. Onun sevdiyi adamlar… Bütün ömrü boyu qalibiyyət nəğməsinin kədəri çökmüşdü vidalaşmağa gələnlərin üstünə…
İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Ancaq Əli Dadaşov kimi gözəl, səmimi, xeyirxah bir insanın əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görüşəcəyimiz ALLAHIN qismətinə qalıb. Görüşənədək deyirik.
Ruhun şad olsun, dostumuzun dostu, qardaşı, sirdaşı!

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha artıq bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Daşdəmir ƏJDƏROĞLU,
Rahib KƏRİMLİ


Oxunub: 1428






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim