reklam
USD
2 ℃
EUR
BAKI

Vətən müharibəsində iştiraka görə hərbçilərə 82 670 təltif verilib

CANLI TV / 31.12.2020 01:33


Azərbaycanı ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunurlar.

Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

"Report" xəbər verir ki, dekabrın 9-dan 30-dək dövlətimizin başçısının sərəncamları ilə 83 hərbi qulluqçu "Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 nəfər "Zəfər” ordeni, 204 nəfər "Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli "Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli "Rəşadət” ordeni, 288 nəfər "Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Həmçinin 3598 nəfər "Vətən uğrunda”, 622 nəfər "İgidliyə görə”, 1113 nəfər "Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər "Cəsur döyüşçü”, 12 519 nəfər "Cəbrayılın azad olunmasına görə”, 13 953 nəfər "Füzulinin azad olunmasına görə”, 7991 nəfər "Xocavəndin azad olunmasına görə”, 3549 nəfər "Zəngilanın azad olunmasına görə”, 3572 nəfər "Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər "Qubadlının azad olunmasına görə”, 4646 nəfər "Şuşanın azad olunmasına görə”, 5203 nəfər "Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər "Ağdamın azad olunmasına görə”, 5775 nəfər "Laçının azad olunmasına görə” medalları, 1981 nəfər isə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Ümumilikdə təltiflərin sayı 82 670-dir.

Təltif olunanların tam əksəriyyəti sıravi əsgərlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular, gizirlər və kiçik zabitlərdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması davam etdiriləcək.


Oxunub: 529






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim