reklam
USD
29 ℃
EUR
BAKI

Heydər Əliyev Fondu 100 minədək ailəyə bayram sovqatı göndərib

RƏSMİ / 31.12.2020 02:01



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatlar paylanılıb.

carciTV xəbər verir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edir. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.

Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.

Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.


Oxunub: 384






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim