reklam
USD
3 ℃
EUR
BAKI

Qarabağda gözlənilməz dəyişiklik: Putin razılaşmanı pozdu

XƏBƏR / 04.01.2021 01:06

Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanan razılaşma çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri sənədin müddəalarını pozub.

Bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal sayı 5 min nəfəri keçib.
Rusiya rəhbərliyi mövcud hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyində çalışan məmurlar, texniki mütəxəssislər, səhiyyə müəssisələrində işləyəcək həkim və tibb bacıları ilə birlikdə bölgəyə inşaat işlərində çalışmaq üçün texniklər də göndərib. Bölgədə rus sayının daha da artmasından əndişə edilir.
Rusiya sülhməramlı qüvvələri ilə bölgəyə gələn hərbçilərin Qarabağın dağlıq böıgələrində tam təchizatlı təlimlər keçməsi də beyinləri qarışdırır. İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma "DQR”in "rəhbərləri” ilə görüşən Rusiya hərbçilərinin buradan yaydıqları səmimi görüntüləri Azərbaycan ictimaiyyəti arasında narahatlıq yaradır. Bölgədə Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə aktiv fəaliyyət göstərərək, müxtəlif hücumlar təşkil etməsi insanlarda sual yaradır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, qarabağlı Umud Mirzəyev, "İmzalanan müqaviləyə görə, Rusiya sülhməramlı qüvvələrində 1960 əsgər olmalı idi. Bu sayın 5-10 min olduğunu düşünmürəm, amma ruslar daha çox adam göndərdi. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı dəstələr tamamilə çıxarılmalı idi. Rusiya komandanlığı erməni kəşfiyyat zabitlərinə çox xoş münasibət bəsləyir. Qondarma "DQR”in "bayrağı” altında müxtəlif pozalar verirlər, bunlar ürək açan məsələlər deyil. Azərbaycan ordusu ilə birlikdə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələdə qərarlar verilməlidir”, deyib.
Rusiyasülhməramlılarının komandirinin Xankəndini ziyarət etdiyini xatırladan Bayburt Universitetinin əməkdaşı Dr. Ramin Sadıqov bunları deyib:
"Burada sülhməramlı qüvvələrə qarşılama mərasimi keçirildi. Tort kəsildi, amma tortun üzərində iki bayraq vardı. Separatçı qüvvələrin "bayraqları” olan bu pozalar cəmiyyətdə birmənalı qarşılanmır”.
Rusların, razılaşmanın ziddinə olaraq, separatçı qüvvələri tərəf kimi görmələrinin səhv olduğunu qeyd edən Sadıqov deyib ki, rəsmi olaraq hesabat verməsələr də, davranışları tərəf olduqlarını göstərir:
"Qondarma "fövqəladə hallar qüvvələri”, qondarma "dövlət məmurları” ilə görüşürlər. Bunlar konsensusa zidd olan davranışlardır”. Ramin Sadıqova qeyd edib ki, orada tərəf Azərbaycan və Ermənistandır.
Rusiyalı ekspert Maksim Şevçenkonun son zamanlarda verdiyi açıqlamalara diqqət çəkən Ramin Sadıqov bildirib ki, rusiyalı mütəxəssis bölgədə 32 modul zastavasının inşasının gözlənildiyini açıqlayıb.
"Şevçenko 32 polis bölməsinin hər birində 300 nəfərin yerləşəcəyini bildirir və dəqiq bir hesablama aparır. Bu hesablamaya görə, bölgəyə gedəcək rus əsgərlərinin sayı 10 minə çatır”.
Sözügedən polis bölmələrindən ikisinin tikildiyini qeyd edən Sadıqov, qalan binaların nə zaman tikiləcəyinin məlum olmadığını bildirib.


Oxunub: 316






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim