reklam
USD
9 ℃
EUR
BAKI

"Yanacağın qiymətinin artırılması ilə bağlı rəqəmlər elə də yüksək deyil" - Deputatdan ŞOK SÖZLƏR

CANLI TV / 05.01.2021 22:39

"Hesab edirəm ki, benzinin qiymətinin artırılması məcburi qərardır”. 

"carciTV" xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə Azərbaycanda benzinin qiymətinin qalxmasından danışarkən deyib. Asim Mollazadə Milllət vəkilinin fikrincə, yanacağın məcburi qiymət artımına bir sıra nüanslar öz təsirini göstərib: "Bilirsiniz ki, koronavirus pandemiyası, 44 günlük müharibə Azərbaycan iqtisadiyyatına zərbə vurdu. Ona görə də müəyyən iqtisadi səbəblər benzinin qiymətinin qalxmasına öz təsirini göstərdi. Eyni zamanda, ətraf ölkələrdə benzinin qiymətinin artması Azərbaycana süni axın yarada, itkilərimiz arta bilərdi”. Asim Mollazadənin sözlərinə görə, məhz bu səbəbdən də öz bazarımızı müdafiə etmək üçün belə bir addım atıldı: "Yanacağın qiymətinin artırılması ilə bağlı rəqəmlər elə də yüksək deyil. Mənə elə gəlir ki, müharibədən və ağır pandemiyadan çıxmış bir ölkə üçün bu, çıxılmaz addım idi”. Qeyd edək ki, yanvarın 4-də Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.


Oxunub: 362






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim