reklam
USD
2 ℃
EUR
BAKI

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

XƏBƏR / 16.01.2021 00:35

Azərbaycan mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib... Düşünürəm ki, banklardan çıxan 5 milyon manat (V.Səfərlinin xarici banklarda 5 milyon 796 min manat pulu aşkarlanıb – red.) bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var...

"carciTV" xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Bakı Baş Polis İdarəsinin Mətbuat Xidmətinin sabiq rəisi Qalib Arif KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı faktlara münasibətində qeyd edib.

O bildirib ki, bu faktları V.Səfərli vəzifədə olanda da dəfələrlə yazıb:

"Mən Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi binaların birinin sakiniyəm və Vüqar Səfərlinin bizim başımıza açdığı oyunların şahidiyəm. Mən hər gün xarab olan su kranlarından, açılıb-bağlanmayan, küləkdən vıyıldayan, hətta içəri su buraxan qapı-pəncərələrdən danışmaq istəmirəm. Aydındır, 5 manata alınıb, 50 manata qeydiyyata salınıb. Bircə misal çəkəcəyəm. Deməli, jurnalist binalarının bütün sakinləri 5 ildir ki, kombi problemindən əziyyət çəkirdi. Az qala, hər ay çirklənirdi, 30-40 manat verib yudurtmaq lazım gəlirdi. Məsələn, mən bu 3-4 ildə kombiyə min manata qədər xərc çəkmişəm. Düşünürəm ki, təzəsini alsaydım, daha yaxşı idi.


Təxminən 1 il bundan qabaq Vüqar Səfərli işdən çıxarıldı. Və inanmazsız, bizim kombilər işləməyə başladı... Artıq bir ildir ki, çirklənmir, işləyir...

Düzü mat qaldım, kiçik bir araşdırma apardım. Məlum oldu ki, Vüqar Səfərli Türkiyədə bizim binalar üçün kombilərin alındığı "Dəmir-Döküm” şirkəti ilə danışıb, burda onun bir filialını (ofisi Mətbuat Şurasının yaxınlığındadır) açdırıb. Sonra da Qaz İdarəsinin keçmiş rəhbərliyi ilə danışıb, jurnalist binalarına təmizlənməmiş qaz verdirməyə başlayıb. Kombilər tez-tez xarab olub, Vüqar Səfərlinin filialı da adamları soyub. Təsəvvür edin ki, Türkiyə bazarında hardasa 5 lirə olan ağ plasmas filtrlər burda 25-35 manata ("8-ci km” bazarında 10-15 manat idi) təklif edilirdi. Bu müddətdə hər bir sakinin orta hesabla 1000 manatdan çox xərc çəkdiyini nəzərə alsaq, bu, yarım milyona qədər pul deməkdir. Siz quldurluğun miqyasını (kiçik bir sahədə) təsəvvür edirsinizmi?!”

Qalib Arif qeyd edib ki, Vüqar Səfərli bu qədər dövlət pulunu tək oğurlamayıb və tək yeməyib:

"Məlum olduğu kimi, KİVDF-ni əski şöbə müdiri Əli Həsənov kurasiya edib. Deməli, oğurluq pulların mütləq əksəriyyəti, yəni 75 faizi Əli Həsənova çatıb. Əks halda, Vüqar Səfərli bu qədər pulu oğurlamağa, sadəcə olaraq, cəsarət etməzdi. Axı, o, kasıb adamdı, Fondun sədri təyin edilənə qədər Əhmədlidə köhnə doqquzmərtəbədə yaşayırdı. Sədr olandan sonra isə şəhərin hər rayonunda bir mənzili vardı, yalnız şəxsi "Mersedes-Krossoveri” 150 min dollardı. Bəli, o, bu pulları tək oğurlamamışdı, kuratorundan başqa, cinayət ortaqları da vardı”.

Qalib Arif KİVDF-də Müşahidə Şurasının fəaliyyət göstərməsinə də diqqət çəkib və bildirib ki, onun Fondun vəsaitlərini dağıtdığı, jurnalist mənzillərini satdığı dövrdə qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov idi.

Qeyd edək ki, Müşahidə Şurasının digər üzvləri də var və onlar xərclənən vəsaitə nəzarət etməli idilər.


Oxunub: 325






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim