reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycanın ən yaşlı pensiyaçısı

CANLI TV / 16.01.2021 01:10
"Ət yemir, meyvə-tərəvəzlə qidalanır” - Azərbaycanın ən yaşlı pensiyaçısı


Azərbaycanda ən yaşlı qadın pensiyaçının 130 yaşı var. 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı hazırda Lənkəran şəhərində yaşayır.

Tamam Əzizovanın oğlu Qardaşxan Əzizli Azvision.az-a açıqlamasında bildirib ki, anasının 8 nəvəsi, 5-dən çox nəticəsi var.
"Anam Lerik rayonunun Tikəband kəndində anadan olub. Cəlilabad rayonuna gəlin köçüb. Orada ona pasport vermişdilər. Bizə danışırdı ki, o vaxtlar boya, üzə baxıb yaş təyin edirdilər. Anamın 8 övladı olub, onlardan 4-ü sağ qalıb, 3 oğlan, bir qız. Ən böyük övladının 72, kiçik övladının 62 yaşı var.

Anamgil də ailədə 8 nəfər olublar. Anam evin ikinci övladı olub. Onun uzunömürlü olması çox çalışqan, cəld olması ilə əlaqədardır. Gündə iki dəfə qidalanır, oruc tutur, ət yeməklərini yemir. Əsasən meyvə və tərəvəzlərlə qidalanır. Ədəbiyyatı çox sevir, çox şeirlər bilirdi. Anam yayda yıxıldı, çox şeyi unudub. Bacımın köməkliyi ilə gəzir. Məmməd Arazla Bakıda görüşüb. Məmməd Araz Lənkəranda evinə gəlib, qonaq olmuşdu.

Q.Əzizlinin sözlərinə görə, Tamam nənə Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə dinləyərdi.

"Hər rayon azad olunanda deyirdi ki, pensiyamın yarısını kimsəsizlərə muştuluq kimi paylayın. Kəlbəcər azad olunanda pensiyasını kimsəsizlərə verdi, qurban kəsdi”.


Oxunub: 408






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim