reklam
USD
9 ℃
EUR
BAKI

Baxçalıdan ŞOK ŞUŞA TƏKLİFİ: Ərdoğan və Əliyev icazə versə...

CANLI TV / 16.01.2021 23:59
Baxçalıdan ŞOK ŞUŞA TƏKLİFİ: Ərdoğan və Əliyev icazə versə, yanvarın 30-da...


"Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla "Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir”.

"carciTV" xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

"Strateji mövqeyi ilə yanaşı, Şuşa elə bir yerdir ki, türk mədəniyyət və tarixinin simvoluna çevrilib. Azərbaycan sənət və düşüncə həyatının qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Bu qədim türk şəhərinin təlim-tədris həyatına dəstək vermək gözardı edilməyəcək boyun borcumuzdur. Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla "Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcək və lazımi işləri dərhal görəcəyik”.

Baxçalı Azərbaycan Milli Marşının 30 yanvar 1920-ci ildə qəbul edilməsinə diqqət çəkərək marşın söz yazarı Əhməd Cavad, bəstəkarı isə Şuşada anadan olan Üzeyir Hacıbəyli olduğunu xatıladıb: "İnşasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyli, təməlqoyma günü isə 30 yanvar 2021-ci il ola bilər. Təlim-tədris bir millətin istiqbalının sancağıdır. Bu sancağın varlığı nəsillərin şüurla yetişib, əxlaqla örtülməsini təmin edir”.


Oxunub: 374






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim