reklam
USD
9 ℃
EUR
BAKI

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

CANLI TV / 23.01.2021 23:56

"Ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun həbsi ehtimal ki, pandemiya ilə mübarizə tədbirləri sahəsində yeyintilərlə bağlıdır. Amma mümkündür ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiyalarla da bağlı olsun. İntiqam Mirzağa oğlu Abuşov Salyanda onlarla hektar torpaq sahibidir, 2001-ci ilin martında qeydiyyatdan keçmiş və rayonun Arbatan kəndində fəaliyyət göstərən "İNTİQAM" KƏNDLİ /FERMER/ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, fermerin rayonun baş sanepidemioloqu vəzifəsinə təyinatı icra başçısı ilə əlaqələri və anlaşması sayəsində mümkün olub:

"Mərkəz direktoru özünün iri pambıqçılıq təsərrüfatı üçün dövlətdən mütəmadi olaraq subsidiya alıb, "Leqno-İmişli" MMC-nin əsas pambıq tədarükçülərindən biri kimi tanınır. "Leqno-İmişli" onun təsərrüfatına pambıq tədarükü üçün illik 20 milyon manatdan artıq vəsait ödəyib. Baş Prokurorluğun bir az əvvəl yaydığı məlumata görə, İntiqam Abuşov həkimlərin maaşını mənimsəyirmiş, ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb”.


Oxunub: 434






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim