reklam
USD
1 ℃
EUR
BAKI

Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? - Politoloq AÇIQLADI

XƏBƏR / 25.01.2021 22:58


"carciTV" ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların köçürülməsi ləngiyir.

Politoloq  İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin texniki səbəblərlə əlaqələndirib:

"Texniki məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna şübhəsi olmasın”.

Politoloq burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: "Proses təhlükəsizlik şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir.  Təəssüf ki, regionda hələ də separatçı qüvvələr fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki, Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq.  Bu prosesin təmin edilməsində isə sülhməramlılar da iştirak etməlidir”.

Politoloq bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə ümid edir: "Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq.  Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir”.


Oxunub: 458






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim