reklam
USD
6 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub

CANLI TV / 29.01.2021 22:47


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. Hər iki məktəbdə yeni korpusların tikintisi və təmir-bərpa işləri Azərbaycan Prezidentinin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may tarixli Sərəncamına əsasən həyata keçirilib.

"carciTV" xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.

Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.

X X X

Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.

Məlumat verildi ki, təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.

Həyətyanı sahəsində geniş abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri aparılan məktəb üçün yeni qazanxana, nasosxana və yeraltı su anbarları inşa edilib.

Qeyd edək ki, məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.

Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır.


Oxunub: 464






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim