reklam
USD
1 ℃
EUR
BAKI

“Qazaxın kəndləri bu tarixdə qaytarıla bilər” – Paşinyan çıxılmaz durumda

XƏBƏR / 03.02.2021 21:31


"Ermənistan Qazaxın 7 kəndini geri vermək istəmirsə və bu azmış kimi, təxribatlar törədərsə, Azərbaycan ordusu hərbi əməliyyata başlayıb, bu əraziləri də geri almalıdır”.

"carciTV" xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə söyləyib.

Onun sözlərinə görə, ehtimal olunan hərbi əməliyyatlar Ermənistan ərazisində yox, 7 kəndin ərazisində, yəni Azərbaycan torpaqlarında keçiriləcəyi üçün buna kimsə mane ola bilməz:

"Əvvəlcə Ermənistana ultimatum verilməlidir ki, ya kəndlər boşalmalıdır, ya da hərbi əməliyyatlara başlayacağıq. Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanda revanşist əhval-ruhiyyə hökm sürür. Təsadüfi deyil ki, eks-prezident Robert Köçəryan yenidən Moskvaya üz tutub.

Seçkilərdən əvvəl öz imicini düzəltmək istəyən Köçəryanın bu məqsədlə Rusiyadan silah istəyəcəyini gözləmək olar. Ermənistan ordusu müharibədə darmadağın edilib. Bu ölkənin yeni hərbi texnika və silahlara ehtiyacı var. Köçəryan çalışacaq ki, köhnə olsa da, Moskvadan yeni silahlar ala bilsin, yəni Rusiyanın paytaxtından İrəvana əliboş qayıtmasın”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Moskva istəyinə adekvat olaraq, Köçəryana silah versə də, bu həlledici amil olmayacaq: "Köhnə qvardiyanın Ermənistanda hakmiyyətə seçki yolu ilə gəlməsi mümkün deyil.

Paşinyana gəldikdə, Ermənistan baş naziri çalışacaq ki, ən azı seçkilərdən əvvəl Qazaxın 7 kəndini Azərbaycana qaytarmasın. Düşünürəm ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərdən yayınacaqsa, Azərbaycan hərbi əməliyyatlara başlayaraq, bu əraziləri də işğaldan azad etməlidir”.

Ekspert Ermənistanda keçiriləcək erkən seçkilərdən sonra bu məsələ ilə bağlı müsbət irəliləyişlərin ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, erməni mediasında erkən parlament seçkilərinin mart-aprel aylarında baş tuta biləcəyi haqda məlumat yayılıb.


Oxunub: 348






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim