reklam
USD
1 ℃
EUR
BAKI

Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə VACİB MÜRACİƏT

XƏBƏR / 14.02.2021 00:21
Dövlət Əmək Müfəttişliyi Xidmətindən işəgötürənlərə VACİB MÜRACİƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlamayan, bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlərə müraciət edir.
Nazirlikdən verilən məlumata görə, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin işəgötürənlərə "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.

Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

İnzibati xətalar qanunvericiliyinə əsasən, qeyd olunan icbari sığorta müqavilələrini bağlamayan işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.


Oxunub: 446






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim